XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

25 May 2015 - 09:28

Tikinti və torpaq sahəsi ilə bağlı dəyişiklik – Vəzifəli şəxslərin “əl-qolu” bağlanır

Milli_Meclis.jpg

Bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin növbəti iclası keçirilib.

İclasda Ciayət Məcəlləsinə dəyişikliklər müzakirə olunub.
Əsas müzakirə mövzusu vəzifəli şəxs tərəfindən dövlətin müstəsna mülkiyyətində olan və özününkiləşdirilməsi qanunla qadağan edilən torpaq sahələrini bələdiyyə mülkiyyətinə və ya xüsusi mülkiyyətə verənlərin 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması olub.
Belə ki, torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma, yəni torpaq sahəsinin hasarlanması, becərilməsi, üzərində tikinti və ya quraşdırma işlərinin aparılması, yaxud həmin torpaqdan istifadə edilməsinə başqa üsullarla maneə olmaya görə cəzalar sərtləşdirilir.
Məcəlləyə edilən dəyişikliyə görə, yuxarıda qeyd olunan hallar baş verdikdə, şəxslərin 1500 manatdan 3 min manata qədər cərimə və ya 240 saatdan 400 saata qədər ictimai işlər və ya 1 ilədək müddətə işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması təklif edilir.
Eyni zamanda bu əməllər kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədildikdə qanun pozucularının 3 min manatdan 5 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması təklif edilir.
Dəyişikliyə əsasən qeyd olunan əməllər təkrar və ya şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə qanunu pozanların 5 min manatdan 7 min manatadək cərimə və ya 1 ildən 3 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılması təklif edilir.
Bundan başqa məcəllənin 314-1-ci maddəsi aşağıdakı redaksiyada verilir.
314-1-1. Vəzifəli şəxs tərəfindən dövlətin müstəsna mülkiyyətində olan torpaq sahələrinin bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya onlara icarəyə verilməsi haqqında qanunsuz qərar qəbul etmə – 3 ildək vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüqqundan məhrum edilməklə, 2 ildən 5 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
314-1-2. Vəzifəli şəxs tərəfindən dövlətin müstəsna mülkiyyətində olan və özünkiləşdirilməsi qanunla qadağan edilən torpaq sahələrinin bələdiyyə mülkiyyətinə və ya xüsusi mülkiyyətə verilməsi haqqında qərar qəbul etmə – 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüqqundan məhrum etməklə, 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Bundan başqa Məcəlləyə 314-2.1-1-ci maddə əlavə edilib.
Qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmaqla vəzifəli şəxs tərəfindən kənd təsərrüfatı təyinatlı torpaq sahələrini ayırma, yaxud həmin torpaq sahələrində tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə – 1 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüqqundan məhrum edilməklə 1 ildən 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd edək ki, Cinayət Məcəlləsinə təklif edilən bu dəyişiklikər Milli Məclisin plenar iclasına tövsiyyə olunub.