XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

25 May 2015 - 09:29

YAP deputatlığa namizədlərin ilkin siyahısını hazırlayır: “Namizəd xəritəsi” –Özəl

yapsecki.jpg

Yeni Azərbaycan Partiyası 2015-ci ildə Milli Məclisə keçirləcək seçkilərdə iştirak edəcək mümkün namizədlərin ilkin siyahısı üzərində çalışır.

Bu barədə Strateq.az-a hakim partiyaya yaxın mənbələrdən məlumat daxil olub. YAP Mərkəzi Qərargahından rayon təşkilatlarına göndərilən təlimatda seçki dariələri üzrə namizəd ola biləcək şəxslərin ümumi siyahısının icra katibliyinə göndərilməsi tapşırılıb.

YAP eyni zamanda effektiv seçki kampaniyası aparılması üçün taktiki planda əsas diqqəti ilkin mərhələdə seçicilərlə fəal işləyə biləcək, xarizmatik və hakimiyyətə loyal münasibət bəsləyən şəxslərin dairəsinin müəyyənləşdirilməsinə, məxsusi “namizəd xəritəsi”nin müəyyən olunmasına verəcək.

ötən seçkilərdən fərqli olaraq, bu dəfə YAP daha “səmimi seçici”sini tanımaq istəyir.

Hakim partiya indiki həssas şəraitdə, beynəlxaq qurumların “lupa ilə ölkəyə baxdığı” bir situasiyada “idarəolunan” seçki kampaniyasının fəsadlarını başa düşür. Odur ki, daha ağıllı taktika seçərək, elektoral manipulyasiyanın verdiyi nəticələri yox, seçicinin doğru mövqeyini öyrənmək arzusundadır.

Bizdə seçici adətən mövqeyini açıq ifadə etməkdən çəkinir. Digər tərəfdən də ciddi alternativ gördükdə, öz səsini ona verməyə hazır olur. Hakimiyyət isə loyalların bitərəfliyini və iqtidardan müəyyən gözləntiləri olanları özünün sabit elektoral bazası kimi qəbul edir. Bu, hakimiyyətdə müəyyən arxayınlıq hissi yaradır və seçkilərin siyası yükü, elektoral gözləntilərə adekvat reaksiya verilməsi, seçkilərin nəticələrində qismən də olsa seçici maraqlarının əks olunması kimi mühüm məqamlar arxa plana keçir.

Lakin bu dəfə obyektiv faktorların təsiri ilə iqtidar fərqli yanaşma seçmək məcburiyyətində qala bilər. çünki hazırda bu faktorların təsiri ilə elə bir vəziyyət yaranıb ki, loyalların və hakimiyyətdən müəyyən gözləntiləri olanların avtomatik olaraq hakimiyyətin elektoratı kimi qəbul edilməsi çox böyük yanlışlıqlara yol aça bilər.

Milli Məclisin yeni tərkibi neft gəlirlərinin azaldığı, devalvasiya prosesinin və olqarx həbslərinin fonunda formalaşacaq. Bu baxımdan parlament kürsülərindən “xalqın səsi”ni ifadə edəcək deputat korpusu qarşıdakı illər üçün mühüm faktora çevriləcək. İqtidarın bu yeni amilləri nəzərə almağa çalışdığı sezilir.

Amin SƏFƏRLİ