XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

01 Aprel 2016 - 18:14

Pullar “vergi cənnəti” adalarına axır

manat-dollar-1

Dünyanın ən böyük fondları, Böyük Britaniyaya bağlı Kayman adaları, Britaniya Virgin adaları, Cersi (Jersey) və Bermud kimi "vergi cənnətlərinə" axır.

"Maliyyə Məxfilik İndeksi" (FSI) 2015 məlumatlarına görə, bütün dünyada təxminən 21 ilə 32 trilyon dollar arasında vəsait ya olduqca aşağı vergi ödənilən və ya heç vergi ödənməyən ölkələrdə saxlanılır.

Digər sözlə desək, bu miqdarda maddi aktivlər mövcud vergi sistemlərinin xaricinə çıxarılaraq alternativ vergi cənnətlərinə istiqamətləndirilir. Hər il 1-1,6 trilyon dolların isə yenə bu vergi cənnətləri üzərindən "yuyulduğu" ehtimal edilir.  "Vergi cənnətləri" içərisində Böyük Britaniyaya bağlı Kayman adaları, Britaniya Virgin adaları, Cersi və Bermud kimi adalar önə çıxır.

Məsələn, Kayman adaları təxminən 1,4 trilyon dollar aktivlə dünyanın altıncı böyük bankçılıq mərkəzi vəziyyətindədir. Adalardakı 11 min fond şirkətinin 2,1 trilyon dollar həcmində xalis aktivə malik olduğu ehtimal edilir.

Ümumi sahəsi 259 kvadrat kilometr olan bu adalarda təxminən 200 bank və 95 min şirkət qeydiyyatdan keçib. Kayman adalarında yerləşən şirkətlərdən gəlir vergisi alınmır, hökumətin əsas gəlir mənbəsini isə dolayı vergilər təşkil edir. Kayman adaları maliyyə hesabatlarının məxfiliyi məsələsində dünyada beşinci yeri tutur. Başqa sözlə desək, digər ölkələrin Kayman adalarındakı bank əməliyyatlarına dair məlumatları əldə etmək asan deyil.

Beynəlxalq yardım təşkilatı Oxfam-ın Beynəlxalq Əlaqələr Direktoru Katy Rayt isə, "Fərqli hüquqi sistemlərinə görə, bu adalar vergi cənnətləri kimi adlandırılır. Maliyyə qanunvericiliyi varlı insanların pullarını şirkətlər quraraq bu adalara ötürülməsinə icazə verir", – deyib.

Vergi cənnəti adalarında yaradılan şirkətlərin əsl sahiblərinin belə bilinmədiyini deyən Rayt, "Bu praktika əslində qeyri-qanuni deyil. Sadəcə ədalətsizdir. Bu şəkildə varlılar vergi ödəməkdən yayınır, kasıblar vergi ödəmək məcburiyyətində qalırlar" – deyib.

marja.az