Neft qiymətlərinin aşağı düşməsi, avronun dollara nisbətən ucuzlaşması nəticəsində təyyarə biletlərinin qiymətinin ucuzlşacağı ilə bağlı ümidlər boşa çıxır. Türk Hava Yolları (THY) biletləri avro ilə deyil, dollarla satmağa qərar verib. Artıq 19 maydan etibarən THY biletləri dollarla satmağa başlayıb.
Şirkət rəsmiləri bunu avronun dollara nisbətən ucuzlaşması, həmçinin kursun tez-tez dəyişməsini səbəb göstərirlər. Eyni zamanda THY-dən bildiriblər ki, şirkətin xərclərinin çoxu dollarla aparılır. Son beş ildə THY biletlərini avro ilə satırdı.
Strateq.az