XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

05 Aprel 2016 - 12:29

Erməni jurnalistindən etiraf:Ən çətin vəziyyət cənub istiqamətində formalaşıb

Tank-3

Dağlıq Qarabağda hərbi əməliyyatlar artıq üçüncü gündür ki, dayanmır. Bununla belə, əməliyyatların intensivliyinin azalmasına dair gerçək dəllilər, təəssüf ki, yoxdur.

Azərbaycan müdafiə nazirinin birtəfətli qaydada atəşin dayandırlıması haqda aprelin 3-dəki açıqlaması yalnız müharibə elementi çıxdı – döyüşlər heç bir saat da durdurulmadı.

 

Birinci günün yekunları

 

Daha bir ilkin yekun vurmağın vaxtı çatıb: bu günlərdə baş vermişləri dəyərləndirmək və perspektivlər haqda danışmaq. Blitskriq iflasa uğradı – cəbhənin 200-300 metr dərinliyindəki sahələr uğrunda döyüşlər gedir. Azərbaycan müdafiə nazirliyinin Mardakert rayonunda sərhədyanı Talış, Madagiz və Seysulan kəndlərinin tutulması haqda açıqlamasına baxmayaraq, bu məlumatlar (Talış və Madagizlə bağlı) ya tam şəkildə, ya da qismən həqiqətə uyğun deyil. Əslində, sərhədyanı Taliş kəndi münaqişənin birinci günündə Azərbaycan qoşunları tərəfindən müvəqqəti və qısa müddətə tutulmuşdu və bundan sonra DQR ordusu tərəfdən geri oturduldu.

Beləliklə, Qarabağın şimalında müdafiə olunanların işi nisbətən pis deyil – son məlumatlara görə 3 post itirilib. Əlbəttə, postların bir hissəsi əlverişli durumda yerləşə bilərdi, lakin müdafiənin pozulmuş birinci xətti uzunmüddətli müdafiə üçün nəzərdə tutulmayıb. Müdafiənin daha möhkəmləndirilmiş mövqe və xətləri bir qədər içəridə yerləşir.

Hər şeyə görə fikir yürüdəndə, DQR üçün ən çətin vəziyyət Qarabağın cənubunda – Azərbaycanın Horadiz yaşayış məntəqəsi istiqamətində formalaşır. Buradan məlumatlar yetərincə azdır. Məlumdur ki, son dərəcə amansız döyüşlər gedir və erməni tərəfi 5 mövqeyi itirib. Yalnız burada Azərbaycan tərəfinin əlində öldürülmüş erməni əsgərləri var (əldə olan kadrlara görə, 10 nəfərdən çoxdur).

 

Tərəflərin itkiləri

 

Hazırda tərəflərin real itkilərini dəqiq qiymətləndirmək olduqca müşkül işdir. Rəsmi rəqəmlər bu cürdür: DQR 20 əsəgr itirib, 26 hərbçi itkin düşüb və 7 tank məhv edilib. Azərbaycan etiraf edir ki, 15 nəfər həlak olub, 1 tank və Mi-24 helikopteri vurulub.

 

Artıq tammiqyaslı müharibə gedir?

 

Münaqişənin ilk günündə, xüsusən də ikinci günün əvvəlində gərginlik sanki azalmağa başlamışdı və baş verənlər 1994-cu ildən bəri ən böyük fitnə olaraq qalacaqdı. Lakin hərbi əməliyyatlar hələlik səngimək bilmir, Azərbaycan müdafiə nazirliyinin bugünkü açıqlaması isə heç də sülh təklif etmir –  nazirliyin əməkdaşı rəsmən bildirdi ki, yalnız Ermənistan öz qoşunlarını Qarabağdan çıxarandan sonra hərbi əməliyyatlar dayanadırılacaq. Təbii ki, bu cür hərəkət mümkünsüzdür.

Digər tərəfdən yeni təhlükə səsləndi erməni qoşunları Azərbaycanın sərhədyanı yaşayış məntəqələrinə atəşi durdurmasa, Azərbaycan rəhbərliyi Stepanakertə zərbə endirmək hədəsi gəlir.

Ermənistan prezidenti Serj Sərkisyan da tammiqyaslı müharibə ehtimalını istisna etmir və bildirir ki, Ermənistan bu halda DQR-in müstəqilliyini tanıyacaq.

Bu qayda ilə, tammiqyaslı müharibə bu gün artıq başlanmağın bir addımlığında da deyil, güman ki, artıq gedir. Bir çox ölkələrin və beynəlxalq təşkilatların hələlik “başlarını qumda gizlətməyi” heç nədən xəbər vermir.

 

Rusiyanın Azərbaycana tədarük etdiyi silahlar artıq işə düşüb

 

Ermənistan müdafiə nazirliyi bu gün rəsmən açıqladı ki, erməni qüvvələrinə qarşı “Günvuran” TOS-1 reaktiv atəş sistemləri tətbiq edilməyə başlanıb. O, Bakının 100 ədəd T-90C tankı, 18 ədəd “Günvuran”, “Qasırğa” reaktiv yaylım atəşi sistemləri (RYAS) və başqa müasir hücum texnikası əldə etdiyi 3 milyardlıq müqaviləyə daxil idi. T-90C tankları və özüyeriyən 152 kalibrlik “Msta-S”-lər də, yəqin ki, artıq DQR-ə qarşlı istifadə olunur.

İndi isə Stepanakertə zərbə üzrə Azərbaycanın hədəsinə qaylıdaq. Bunu yalnız “Qasırğa” RYAS ilə həyata keçirtmək mümkündür. Azərbaycan köhnə modifikasiyalı “Qasırğa”ların (maksimum mənzil 70 km) bir hissəsini Ukraynadan, digər qismini (90 km mənzillik raketlər) Rusiyadan alıb. Beləliklə, Rusiya raketli “Qasırğa”lar Bakıya nisbətən təhlükəsiz məsafədən Stepanakertə zərbə endirmək imkanı verir.

Bütün bu silahların Azərbaycana tədarük edilməsini hər vasitə ilə dəstəkləyən və müdafiə edən, “Nə qədər ki Ermənistanda Rusiya bazası var, Azərbaycan müharibəyə başlamayacaq və bu silahı işlətməyəcək” sözləri ilə pul qazanmağa haq qazandıran başabəla ekspertlər bəs indi nə deyəcəklər? Artıq tətbiq etdi. Rusiya vicdan üzrə Cənubi Qafqazdakı yeganə gerçək müttəfiqini (Belorusiya rəhbərliyinin və ümumən MDB-nin son hərəkətləri nəzərə alınmaqla) qoruyub saxlamaq istəyirsə, yuxarıda təsvir edilən ssenari halında Moskva Stepanakertə və İrəvana real hərbi yardım göstərməlidir (tammiqyaslı müharibə isə Ermənistana mütləq toxunacaq). Və bəsirətsizcəsinə Türkiyənin yaxın müttəfiqinə tədarük edilmiş öz silahı ilə üzləşməli olacaq.

 

Pilotsuzların müharibəsi

 

Demək olar ki, potensial və silahlanma üzrə azdan-çoxdan bərabər tərəflərin qatıldıdğı nadir, müasir münaqişələrdən birini müşahidə edirik. Tərəflər pilotsuz təyyarələrdən ən fəal şəkildə istifadə edir: Ermənistan öz istehsalını, Azərbaycan isə İsrailinkini. Bu cür uçuş aparatlarından birinin köməyi ilə erməni könüllülərinin getdiyi avtobus məhv edilib, 7 nəfər həlak olub.  

Tərəflərin hərbi potensialı o qədər böyükdür ki, müharibə, həqiqətən də, xeyli uzansa, onda on minlərlə qurbandan və müharibənin xaraba qoyduğu ölkələrdən danışmaq lazım gələcək. Fikirdən dönməyə isə lap az vaxt qalıb.

  

Leonid Nersisyan

REGNUM.ru, 05.04.2016

Tərcümə Strateq.az-ındır.