XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

18 Fevral 2021 - 19:46

Lavrovla Çavuşoğlu arasında telefon danışığı olub –Nələr müzakirə olunub?

Rusiyanın xarici işlər naziri Sergey Lavrovla türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

Məlumatı “RİA Novost”i yayıb.

Agentliyin Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələrdən əldə etdiyi məlumata əsasən, XİN başçıları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin arasında fevralın 18-də baş tutan telefon danışığında gündəmə gələn məsələləri müzakirə ediblər.

Nazirlər müzakirələri davam etdirmək barədə razılığa gəliblər/Report.

Xatırladaq ki, Ərdoğanla Putinin bugünkü telefon danışığında Qarabağla bağlı müzakirələr də aparılıb.