XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Aprel 2016 - 19:38

Rusiya Azərbaycanın şimal sərhədinin yaxınlığında hərbi təlimlərə başladı

rus

Dağıstanda Cənub hərbi dairəsinin əlahiddə motoatıcı briqadası bölmələrinin iştirakı ilə təlimlər başlanıb.

Strateq.az Rusiya nəşrinə istinadən bildirir ki, 1000-ə yaxın hərbçi və təxminən, 300 hərbi texnika taktiki təlimin keçirləcəyi Dalnıy poliqonuna gəlib. Rus hərbçiləri bildiriblər ki, “Motoatıcılar şərti  düşmənin hücumunu dəf etməli və əsas qüvvələr gəlincə müdafiəni saxlamalıdırlar. Bu zaman əsas diqqət artilleriya bölmələrinin fəaliyyətinə və pilotsuz təyyarələrin qarşılıqlı işinə ayrılacaq”.

Təlim aprelin 9-da başa çatacaq.