XƏBƏR LENTİ

06 Mart 2021
05 Mart 2021

Digər Xəbərlər

22 Fevral 2021 - 22:39

Ayətullah Xamnəi:"Nüvə silahına sahib olmaq istəsək, heç kim qarşısını ala bilməyəcək"

“Əgər İran nüvə silahı əldə etmək istəsə, ona heç kim mane ola bilməyəcək”.

Strateq.az IRNA-ya istinadla xəbər verir ki, bunu İranın Ali lideri Ayətullah Xamnəi bildirib.

Bu gün Ekspertlər Şurasının üzvləri ilə keçirilən görüşdəki çıxışında o, nüvə sazişi ilə bağlı öhdəliklərin azaldılması ilə bağlı parlamentin qəbul etdiyi qanuna və Məclisin hökumətlə ixtilafına toxunub.

Xamnəi deyib: “Parlament qanunu təsdiqləyib və hökumət onu məmnuniyyətlə qarşılayıb, dünənə qədər də edilməli olan işləri icra edib. Məclisin hökumətlə fikir ayrılıqları həll edilə bilər və iki tərəf məsələni əməkdaşlıq müstəvisində həll etməlidir. Hökümət qanuna əməl etmək məcburiyyətindədir və Məclisin qəbul etdiyi yaxşı bir qanundur, o, diqqətlə icra olunmalıdır”.

Ayətullah Xamnəi İslam Respublikasının 2015-ci ilin nüvə sazişinin öhdəliklərini uzun müddət yerinə yetirdiyini xatırladıb. “İlk gündən etibarən öhdəlikləri yerinə yetirməyən dörd ölkə idi. Buna görə də, onlara töhmət verilməli və məsuliyyətə cəlb olunmalıdırlar”.

İran lideri Tehranın atom silahı əldə etmək istədiyi barədə İsrailin iddialarına da toxunaraq bildirib ki, “sionist təlxək davamlı olaraq İranın nüvə silahı əldə etməsinə icazə verməyəcəyini söyləyir. Əgər İslam Respublikası nüvə silahı əldə etməsinə qərar verərsə, o (İsrailred.) və ağsaqqalları bunun qarşısını ala bilməyəcək”.

Ayətullah Xamnəi ölkəsinin nüvə potensialı əldə etməyə qərarlı olduğunu bildirib. “İranın zənginləşdirmə həddini 20%-lə məhdudlaşdırmayacaq və ehtiyac duyulduğu təqdirdə, zənginləşdirməni 60%-ə çatdırmalıyıq”.