XƏBƏR LENTİ

21 Sentyabr 2020

Digər Xəbərlər

27 May 2015 - 05:55

7 iyundan sonra Türkiyəni daxildə və xaricdə xaos gözləyir – Təhlil

Türkiyənin çevrəsində nələr baş verir?

Tarixin gedişatını yönəltmiş Roma, Yunanıstan, Misir, Likiya, Finikiya kimi sivilizasiyaların beşiyi Aralıq dənizi hövzəsi bu gün iki müxtəlif dünyaya bölünüb. Bir tərəfdə qələbə və fərəh, o biri tərəfdə qan və göz yaşları. Qərbdə – çağdaş Yunanıstandan İspaniyaya, Portuqaliyadan İtaliyaya qədər solçuluq əhvalı küləyi əsir. Şərqdə isə sivilizasiya və insanlıq adına yaradılmış hər şeyi addım-addım məhv edən radikal islamçı qurumlar ön plana çıxır. Təəssüf ki, İŞİD, “ən-Nusra Cəbhəsi”, “Əl-Qaidə”nin İslam Məğribində həyata keçirtdiyi kütləvi qətllərin fonunda solların qazandığı qələbə ümidləri kədərlə əvəz olunur.

***

“Şərq cəbhəsi” gündən-günə orta əsrlər cəhalətpərəstlyinin basqısı altında süqut edir. Son həftənin hadisələrinə diqqət yetirin və görərsiniz ki, bölgəni hansı fəlakətə sürükləməyə cəhd edirlər. Bunun yeni ocmançılıq xülyaları baxımından Türkiyəyə dəxli olmaya bilməz. Bu, qarşıdan gələn seçkilərlə uğraşan ölkənin gündəm girdablarında qərq olsa da, İraq və Suriyadakı radikal islamçı qruplaşmalar xeyli strateji əraziləri – Ər-Ramadidən tutmuş Ət-Tanf nəzarət-buraxılış məntəqəsinə, Tədmurdan antik şəhər Palmiraya qədər işğal edib. Hadisələrin inkişafına nəzər salanda iddia etmək olar ki, 7 iyun seçkilərindən dərhal sonra “yeni Türkiyə”ni həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda xaos gözləyir.

***

Şərq cəbhəsindən dünən gəlmiş bir neçə məlumatı qısa şəkildə təqdim edirik.

Səudiyyə Ərəbistanı 11 ölkəni, o cümlədən Türkiyəni “terrorizmi dəstəkləyən dövlətlər” siyahısına daxil edib. İran və Quzey Koreya ilə yanaşı Əlcəzair, Ekvador, İndoneziya, Myanma, Pakistan, Suriya və Yəmən siyahıya salınıb. Səudiyyə monarxiyası siyahıdakı ölkələrlə iqtisadi münasibətlərdən çəkinməyin vacibliyini bildirib. Buna da diqqət yetirmək mühümdür ki, başlıca olaraq səudların Yəmənə hücumunu faktiki olaraq dəstəkləməyən ölkələr siyahıya düşüb. “Hizbullah” şiə təşkilatının baş katibi Həsən Nəsrullah Səudiyyə Ərəbistanı, Qətər və Türkiyənin bu quruma qarşı birləşdiyini qeyd edib bütün qüvvələrini səfərbər etdiyini bildirib. Nəsrullah sona qədər müqavimət göstərəcəyini vəd edib əlavə edir: “Bizim üç fəaliyyət planımız var”.

Hirfanlıda (Kırşehir əyalətində) Ankara ilə Vaşinqtonun imzaladığı “öyrət-təchiz et” layihəsinin gerçəkləşdirilməsnə başlanıb. Türkiyədə bu layihə çərçivəsində Suriya müxalifətinin iki minə yaxın “mötədil” təmsilçisinə hazırlıq keçilməsi planlaşdırılır. Təlim keçmiş dəstələri Suriyaya döyüşməyə göndərəcəklər.

İŞİD əvvəlcə İraq paytaxtından qərbə sarı yerləşmiş Ər-Ramadini, sonra Suriyanın şərqindəki dünya mədəniyyət irsinin bir hissəsi sayılan Palmiranı götürdü. Bundan başqa, Suriya ilə İraq arasındakı nəzarıət-buraxılış məntəqəsi Ət-Tanf İŞİD-in nəzarətinə keçib.

“Səhra gəlini” Palmiranı tutmuş İŞİD terrorçuları əksəriyyəti qadın və uşaq olan, ən azı, 400 mülki şəxsi öldürüblər.

Amerika “Delta Force” xüsusi təyinatlısının Suriya-İraq sərhədi yaxınlığında Dəyr-əz-Zor bölgəsində keçirdiyi xüsusi əməliyyat nəticəsində “neft naziri” və İŞİD sıralarındakı ikinci adam Əbu Səyyaf öldürülüb.

Tərkib hissələrindən biri “ən-Nusra Cəbhəsi” olan “Fəth Ordusu” Suriyanın şimalında İdlibdən Homsa sarı hərəkətə başlayıb. ABŞ-ın başçılığı ilə koalisiya təyyarələri “ən-Nusra Cəbhəsi”nin Hələb və İdlibdəki mənzil-qərargahlarına zərbə endirib. Türkiyəli cihadçılar daxil olmaqla “ən-Nusra Cəbhəsi”nin xeyli döyüşçüsü öldürülüb.

Cihadçı qruplaşmalar arasında amansız toqquşmalar başlanıb. “ən-Nusra Cəbhəsi” və İŞİD Hələb, Homs, Kalamun, İdlib və Dəryada döyüşlərə başlayıb. Hər iki tərəf böyük itki verir. Gözlənilir ki, cihadçı qruplaşmaların mövqe uğrunda savaşı daha da amansız olacaq. Mərkıəzi Londonda yerləşən insan hüquqları üzrə Suriya müşahidə şurasının (bu qurum Şərqi Qutada kimyəvi silahın tətbiqi haqda məruzə də daxil olmaqla xeyli spekulyativ hesabatların müəllifidir) dərc etdiyi xəritəyə əsasən, İŞİD döyüşçüləri Suriyanın yarısını işğal ediblər. Terrorçular şərqdən quzeyə doğru hərəkəti davam etdirirlər.

***

Aralıq dənizinin qərbindəki sol əhvallı küləklərin və bölgənin şərqndəki cihadçılıq vəhşiliklərinin Türkiyədən yan keçəcəyini gözləmək ifrat nikbinlik olardı. 7 iyundan sonrakı dönəmə hazırlaşmaq və bütün bu faktları dərk edərək bütün yatırımları səsvermə qutusuna qoyanlara inanmamaq önəmlidir. İyunun 8-də Türkiyəni və bölgəni mürəkkəb prosesin başlanğıcı gözləyir. Yeni mərhələdə ya sol nikbinlik, ya da Ədalət və İnkişaf Partiyası cəhalətpərəstliyinin tərkib hissəsi olduğu radikal islamçılıq qalib gələcək. Bizə ancaq kollektiv mübarizə qalır.

İyun səni çağırır!

İbrahim Varlı

“Birgün” qəzeti (Тürkiyə), 26.05.2015