XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 April 2016 - 08:46

Liviyada ikihakimiyyətliliyə son qoyuldu

Liviya

Liviyada 2011-ci ildən paytaxt Tripoliyə nəzarət edən və özünü Milli Qurtuluş Hökumətu adalndıran qüvvələr,  BMT-nin yardımı ilə formalaşan Milli Birlik Hökumətini tanıyıb.

Bu barədə  “Sky News Arabia” telekanalı məlumat yayıb.  Yeni hökumətə Fayez əl-Sarac rəhbərlik edir. O, 31 marda Tunisdən Tripoliyə gəlmişdi.

2011-ci ildə Müammar Qəzzafi hökuməti devrildikdən sonra ölkədə ikihakimiyyətlilik yaranmışdı.  Parlament seçkiləri nəticəsində formalaşmış hökumət Tobruk şəhərində fəaliyyət göstərirdi.  Ümummili Konqres hökuməti isə paytaxta nəzarət edirdi.

Ötən ilin dekabrında BMT-nin vasiyəçiliyi ilə milli birlik hökumətinin yaradılması barədə razılıq əldə olunmuşdu.

Strateq.az