XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

27 May 2015 - 08:16

Dünyanın ən nüfuzlu qadınlarının reytinqi açıqlandı- Angela Merkel birincidir

merkel_33.jpg

Forbes jurnalı dünyanın yüz ən nüfuzlu qadınlarının on ikinci illik reytinqini təqdim edib. Siyahıya artıq 9-cu dəfədir Almaniyanın 59 yaşlı federal kansleri Angela Merkel başçılıq edir. ABŞ-ın keçmiş Dövlət katibi Hillari Klintonun prezidentliyə namizədliyi irəli sürüldükdən sonra o, 6-cı sıradan 2-ci yerə yüksəlib.

3-cü yerdə ötən il olduğu kimi milyarder Maykrasoft şirkətinin qurucusu Bill Geytsin həyat yoldaşı Melinda Geyts tutur. Onun 79,2 milyar dollar sərvətinin olduğu güman edilir.

Reyqtinqdə ilk onluğa ABŞ Federal Ehtiyatlar Sisteminin rəhbəri Canet Yellen, General Motors şirkətinin baş direktoru Merri Barra, Beynəlxalq Valyuta Fondunun direktoru Kristin Laqard, Brazilya preizdenti Dilma Rusef, Feysbuk sosial şəbəkəsinin əməliyyat direktoru Şeril Sendberq, YouTubun baş direktoru Syuzen Voyçitski və ABŞ prezidentinin həyat yoldaşı Mişel Obama daxildir.

Rusiyanın reytinqə yeganə təmsilçisi Rusiya Bankının sədri Elvira Nabiullinadır. O 2014-cü ildə ilk dəfə bu reytinqə daxil edilib və 72-ci yeri tutub. Bu il isə o 71-ci yerdə qərarlaşıb.

100 nəfərlik reytinqə səkkiz ölkə rəhbəri, eyni zamanda Britaniya kraliçası II Yelizaveta daxil olub. Reytinqə daxil olan 24 xanımın rəhbərlik etdikləri şirkətlərin illik gəliri 1 trilyon dollara çatır.

Strateq.az