XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Mart 2021 - 21:45

“Lufthansa” 6,7 milyard avro həcmində rekord illik zərərə uğrayıb

“Deutsche Lufthansa” aviakompaniyası 2020-ci ildə pandemiya şəraitində aviasiya daşımalarının kəskin azalması səbəbindən 6,7 milyard avro həcmində zərərə uğrayıb.

Azərtac Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, kompaniya kütləvi vaksinasiya ilə əlaqədar yaxın zamanlarda daşımalara tələbatın artacağına ümid edir. “Lufthansa” 2019-cu ili 1,2 milyard avro həcmində xalis gəlirlə başa vurmuşdu.

Bloomberg agentliyinin ekspertləri kompaniyanın illik zərərinin orta hesabla 6,24 milyard avro həcmində olacağını proqnozlaşdırırdı.

Ötən il aviakompaniyanın gəliri 63 faiz azalaraq 13,59 milyard avroya qədər aşağı düşüb. Kompaniya 2021-ci ildə böhrandan əvvəlki gücünün 40-50 faizini istifadə etməyi düşünür ki, bu da əvvəlki proqnozdan 46-60 faiz aşağıdır.

Bu gün keçirilən hərraclarda “Lufthansa” səhmləri 1,2 faiz bahalaşıb. Son 12 ayda onların dəyərinin 11 faiz artdığı müşahidə edilir.