XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

27 May 2015 - 09:35

Yaxın Şərqdəki terrorun başında Amerika durur – İran mətbuatından iddia

Ərdoğan gülənçilərə qarşı niyə savaş açıb?

Nyu-Yorkdakı qoşa qüllələrin “Əl-Qaidə” təkfirçiləri üçün ölümcül hücum hədəfinə çevrildiyi andan beynəlxalq münasibətlərdə yeni düzən biçimlənib. Ağ Ev isə bütün gücü ilə yeni dünya ağalığı və birqütblü nizam qurmağa girişib. Yeni təcavüzkar hərbi kampaniyalar, fövqəladə qərarlar, terrorçuluqla mübarizə üçün xüsusi tədbirlər və dünyanın qalan ölkə və dövlətlərini buna təhrik etmək – bütün bunlar hamının terrorçuların üzərinə getməyi üçün bir növ “ümumdünya karnavalı” təşkil etmək məqsədilədir. Bununla bağlı olaraq bütün dünyada və hətta Amerika cəmiyyətinin daxilində bir çox sosial azadlıq və vətəndaşların hüquqlarına təsir edən İslam xofu fenomeni meydana çıxıb. Telefon danışıqlarının dinlənməsi, işgəncələr, kor-koranə hərbi hücumlar və soyqırımı guya planetdə (!) təhlükəsizlik və sülhün müdafiəsi məqsədilə qanuni status əldə edib.

Bu cür siyasətin nəticəsi bu oldu ki, Əfqanıstanİraq hücuma məruz qaldı. Ağ Evlə Pentaqonun birnömrəli vəzifəsi isə başqa ölkələrə hücum və milli hökumətlərin devrilməsi oldu. Lakin Əfqanıstanın onillik işğalından və İraqda milyonlarla qurbandan sonra “yaxşı” və “pis” taliblər, “yaxşı” və “pis” terrorçular haqda yeni diskussiyalar aparmağa başladılar. Ağ Ev Barak Obama prezidentliyinin başlanğıcı ilə terrorçuluqla mübarizənin başa çatdığını açıqlayıb yeni strategiya yürütməyə başladı. ABŞ təhlükəsizliyinin yeni doktrinasının müəllifləri bundan dərhal sonra birbaşa döyüş əməliyyatlarından imtina etdilər və diqqəti vasitəli müharibəyə, gərginlik ocaqlarının idarə edilməsinə, Yaxın Şərqdə lokal qarşıdurmaya cəmləyirlər.

O vaxtdan bəri terrorla, təkfirçiliyin vəhşi formaları və birbaşa Mərkəzi Kəşfiyyat İdarəsinin və yaxud ərəb ölkələri və Türkiyənin xüsusi xdmətlərinin idarə etdiyi “Əl-Qaidə”nin yeni özəkləri ilə sözdə və əməldə mübarizə dayandı. Terrorçuların cinayətkar fəaliyyəti haqda hansısa sübutlar qəflətən üzə çıxarkən təkfirçilərin, yeni “Əl-Qaidə”nin və amerikalıların özünün qorunub saxlanması xatirinə təxirəsalınmaz müdaxilə tələb edən fövqəladə durumlarla bunlara haqq qazandırmağa başladılar.

İŞİD, “Cəbhət ən-Nusra”, “Əhrar əş-Şam”, “Şam qoşunu” və ərazicə təkfirçilərlə, “Əl-Qaidə” ilə əlaqəli olan onlarla digər qruplaşmalar Qərb ölkələrinin, mürtəce ərəb dövlətlərinin və sionistlərin siyasətini gizlincə həyata keçirdən zərbə qüvvəsidir.

Bu virusa əvvəlcə Suriya və Livan, sonra isə İraq, Misirin ayrı-ayrı bölgələri və dünyanın bir sıra başqa ölkələri yoluxdu. Terrorçular isə özlərini “İslam Dövləti” birləşməsi və buna oxşar adlarla adlandırmağa başladılar.

Terrorçuluğun bu yeni simasının özəlliyi bundadır ki, o, indi Amerika, ərəb irticası və sionist rejimlə əlaqə saxlamır. Bunun əvəzində isə öz resurslarına güvənib Yaxın Şərqdə dini müharibə aparır. Terrorçular indi qarşılarına çıxan hər şeyi məhv edir və sabitliyə, təhlükəsizliyə və İraq, Suriya, Liviya və çağdaş imperialmizmə, sionizmə qarşı çıxış edən digər dövlətlərin ərazi bütövlüyünə təhdid yaradırlar. Mədəniyyət, sivilizasiya, tarix, dinc yanaşı yaşamaq, humanizm, dini rəmzlər, abidə və məqbərələr, milli sərvətlər, iqtisadiyyat, insan resursları, ləyaqət və əxlaqi-dini dəyərlər – bütün bunlar hazırda qarətə və məhvə düçar edilib. İraqda İŞİD və Amerika ilə mübarizə üçün koalisiya yaradılıb. Bununla belə, Amerikanın özü, BMT, Səudiyyə Ərəbistanı iki məqsədə yetişməklə bu qruplaşmaları məşhur terrorçular siyahısına daxil edib.

Birincisi, onlar “Əl-Qaidə”yə və onların kəşfiyyat, hərbi strukturlarına tabe olmayan digər terrorçulara hücum edir, ikincisi isə, bölgənin bütöv xalqları və dövlətlərini məhv etmək üçün təkfirçiliyin böyük potensialından istifadə edirlər.

Qərb KİV və rəsmi qaynaqların bu terrorçulara ad qoymaq üçün hansı istilahları işlətməsi ciddi şəkildə düşünməyə vadar edir. Xüsusən də “islam dövləti” (İŞİD nəzərdə tutulur), “mücahidlər” (hərçənd ki bu istilah öz ideyaları uğrunda savaşan və həlak olanları bildirir), “sünni qiyamçıları”, “inqilabçılar”, “antişiə və antiiran qruplaşmaları” kimi anlayışlar işlədilir, lakin bütün bunlar yalnız İslamdan xoflanmağı, təriqət savaşları və bölgəsəl ziddiyyətlərin qızışdırılmasına yarayır, bu və ya digər birləşmənin terrorçuluq və antiinsani məğzi ciddi şəkildə nəzərdən keçirilmir.

Ağ Ev və bütövlükdə Qərbin, mürtəce ərəb ölkələri və Türkiyənin lazımınca diqqət yetirmədiyi əsas sual həmişə kənarda qalır. Bu, pul, silah və yardımın digər növləri ilə Yaxın Şərqdə ölüm və dağıntı səpməyə nail olmuş təkfirçilərin təchizatına aiddir. Sualın cavabı hamıya aydındır. Səudiyyə Ərəbistanı, Türkiyə və İsrail dolayı yolla hətta özləri də etiraf edir ki, bu qruplaşmaların baş hamisi məhz onlardır!

Səudiyyə Ərəbistanının və onu idarə edən əl-Səud sülaləsinin Amerikanı Suriya və İraqdakı qruplaşmalara rəsmi və açıq dəstək verməməkdə ittiham etməsi daha böyük həyasızlıqdır!!

Türkiyə hökuməti İŞİD və “Cəbhət ən-Nusra” üçün raket və digər hərbi avadanlıqlarla yüklənmiş iki min yük maşını haqda məxfi informasiyanı açıqladıqlarına görə türk yazıçısı və İslam ictimai xadimi Fətulah Gülənin tərəfdarlarını yaxalayıb həbsxanaya atır.

Amerika isə öz növbəsində buna qədər bu terrorçulara təlim keçməyi və onları idarə etməyi bir neçə il Qətər, Türkiyə və Səudiyyə Ərəbistanına həvalə etmişdi. Hazırda işə özü girişib və təlim, silahlanma və onlardan Suriyada istifadəni NATO-ya tapşırıb.

Amerika İraqda koalisiya təyyarələrinin vasitəsilə İŞİD-ə silah çatdırır və ona qarşı mübarizəyə qalxmış xalq yığma qoşunlarının yer dəyişməsindən xəbərdar olmaq üçün öz sputniklərinin məlumatını ona ötürür.

“Yeni Əl-Qaidə” və İŞİD-in, “Cəbhət ən-Nusra”nın Səudiyyənin dini mədrəsələrində təlim keçmiş təkfirçilər sürüsü təkcə qərb-sionizm imperialmizmi və ərəb irticasının zərbə qüvvəsi deyil, həm də onların hərbi qüdrətini və təhlükəsizliyini müdafiə edirlər. Amerika və onun müttəfiqlərinin bölgədəki strateji addımları göstərir ki, onlar terrorçuların vəhşi imkanlarından uzun illər ərzində təkcə Yaxın Şə
rqdə deyil, həm də bütün dünyada istifadə etmək niyyətindədir. Hətta bu qeyri-insani oyunu dayandırmağa da hazırlaşmırlar.

Amerikanın baxışına görə, nəyin bahasına olursa-olsun, Yaxın Şərqdəki hökmranlığını qoruyub saxlamalıdır. Buna görə də bu məqsəd naminə özünü terrorçular və təkfirçilərlə əməkdaşlıqda biabır etməyə və BMT-ni, başqa beynəlxalq qurumları və ümumən insani dəyərləri qurban verməyə hazırdır.

Səudlar açıq şəkildə hərbi qarşıdurmaya gedə bilmirlər, lakin silah alışına milyardlarla dollar itirir və bunda hətta çin və Hindistanı da üstələyib amerikalılar və israillilərin əmrinə tabe olurlar ki, bütün bölgəni boşaldacaq dağıdıcı müharibə qızışdırsınlar.

Amerika, Səudiyyə Ərəbistanı, Türkiyə və terrorçuların digər yançıları onları nüfuzdan salan suallara cavab vermək istəmirlərsə, bunu biz edirik.

Deməli, biz iranlılar bu dağıdıcı strategiyaya qarşı hansı tədbirləri görə bilərik? Doğrudanmı, bundan sonra da Qərbdən və onun müttəfiqlərindən məğlubcasına yalvaracağıq ki, təhlükəsizliyimizi təmin etsinlər? İndiki İran hökumətinin vizit kartı olmuş cocuqcasına “ehtiyat və ümid” prinsiplərinə söykənəcəyik?

İranın milli təhlükəsizlik strategiyası və bölgə dövlətləri ilə münasibətlərinin kompleks şəkildə yenidən nəzərdən keçirilməsinə ehtiyac yoxdurmu?

Muhəmməd Hadi

“Məşriq” qəzeti (İran), 27.05.2015