XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 Aprel 2016 - 17:31

Ermənistan prezidenti Berlində etirazla qarşılandı –FOTO 

aksiya-1

Aprelin 6-da Berlində Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Almaniya ofisinin təşkilatçılığı, Azərbaycan Tələbə Şəbəkəsi, Azərbaycan Evi, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəziınin fəallarının dəstəyi ilə Ermənistan Prezidenti Serj Sarkisyanın Almaniyaya  işgüzar səfəri ilə bağlı etirazlarını bildirmək üçün Federal Kanslerin qərargahı (Bundeskanzleramt) qarşısında etiraz aksiyası keçirilib. 

Tədbirdə türk və gürcü diasporalarının nümayəndələri də iştirak edib.

Aksiya iştirakçıları beynəlxalq ictimaiyyəti Ermənistanı işğal olunmuş ərazilərdən çıxmağa və  BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini yerinə yetirməyə məcbur etməyə çağırıblar.

Həmçinin beynəlxalq səviyyədə tanınmış Azərbaycan torpaqlarından çıxmayana qədər Ermənistana qarşı sanksiyaların tətbiq edilməsi tələb edilib, Federal Kansler Merkelin nəyə görə erməni təcavüzünün əsas təşəbbüskarlarından biri və Xocalı qırğınına görə məsuliyyət daşıyan bir şəxslə görüşdüyü soruşulub.

Xatırladaq ki, TEAS-ın Almaniya ofisinin direktoru Şahin Namati-Nasab Kansler Angela Merkelə məktub hazırlayaraq ona öncədən Ermənistanın Birləşmiş Millətlər Təşkilatının 1993-cü ildə qəbul etdiyi və Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən və Ermənistanı ərazidən çıxmağa və hərbi əməliyyataları dayandırmağa çağıran dörd qətnaməsinə qarşı hörmətsiz yanaşmasını xatırlatmışdı.

aksiya-2

aksiya-3