“APA-Economics”in xəbərinə görə, Cəlal Qasımov Baş icraçı direktorun müavini, Bankinq Qrupun (Banking Group) rəhbəri təyin olunub.
O vəzifəsinin icrasına cari ilin may ayından etibarən başlayıb.
Qeyd edək ki, C. Qasımov 2013-cü ilin mart ayında “Unibank”ın icraçı direktoru təyin olunub. O, bu vəzifədə 2015-ci ilin aprel ayına qədər çalışıb.
Cəlal Qasımov 21 sentyabr 1979-cu ildə anadan olmuşdur.
1996 – 2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə bakalavr dərəcəsi almışdır.
2000–2002-ci illərdə təhsilini davam etdirərək Ali Diplomatiya Kollecində Beynəlxalq Münasibətlər ixtisası üzrə magistr dərəcəsinə yüksəlmişdir.
2002-ci ilin sonlarına qədər “Halliburton İnternational” ASC-də Azəri-çıraq-Günəşli layihəsinin 1-ci fazası üzrə layihənin qiymətləndirməsi üzrə mütəxəssisi vəzifəsində çalışıb.
2003-cü ilin ortalarına qədər EUPEC Pipe Coatinqs Azerbaijan şirkətində Maliyyə direktoru vəzifəsində işləyib.
2003-cü ilin ortalarından 2006-cı ilə qədər Azpetrol şirkətində Vergi Planlaşdırılması və Büdcə Nəzarəti Departamentinin direktoru, Maliyyə direktoru və Direktorlar Şurasının Sədr Müavini vəzifələrində çalışıb.
Bir müddət Rusiyada “McKinsey & Company”də məsləhətçi vəzifəsində çalışdıqdan sonra Bakıya qayıdaraq bank sektorunda fəaliyyətini davam etdirib.
Strateq.az