Masallı rayonunda meyvə-tərəvəz istixanasının anbarında yanğın olub.
Strateq.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin rəsmi saytı məlumat yayıb.
Məlumata görə, yanğın hadisəsi Masallı rayonu, Digah kəndində meyvə-tərəvəz istixanasının anbarında baş verib.
Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin avtomobilləri və canlı qüvvəsi hadisə yerinə cəlb edilib. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Əlavə məlumat veriləcək.