XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 Aprel 2016 - 17:10

UEFA Avropa Liqası:Dörddəbir final mərhələsinin ilk oyunları başlayır

Bu axşam futbol üzrə Avropa Liqasında dörddəbir final mərhələsinin ilk oyunları keçiriləcək.

Azərtac xəbər verir ki, bütün görüşlər eyni gündə oynanılacaq. Günün mərkəzi oyunu Almaniyada “Siqnal İduna Park” stadionunda baş tutacaq.

Turnirin favoriti hesab edilən Dortmundun “Borussiya” komandası İngiltərənin “Liverpul” klubunu qəbul edəcək. “Borussiya” səkkizdəbir finalda digər İngiltərə təmsilçisi “Tottenhem”dən üstün olubsa, “Liverpul” öz gücünü Premyer Liqa iştirakçısı “Mançester Yunayted”ə göstərib.

İspaniyanın “Atletik” komandası Bilbaoda eyni ölkə təmsilçisi “Sevilya”nı qonaq edəcək. “Atletik” ən güclü səkkiz komanda sırasına düşmək üçün digər İspaniya təmsilçisi “Valensiya”nı, “Sevilya” isə “Bazel” klubunu yarışdan kənarlaşdırıb.

Paralel qarşılaşmalarda isə “Vilyarreal” (İspaniya) “Sparta” (Çexiya), “Braqa” (Portuqaliya) isə “Şaxtyor” (Ukrayna) ilə üz-üzə gələcək.

Qeyd edək ki, cavab matçları aprelin 14-də keçiriləcək.