Rusiyalıların böyük əksəriyyəti prezident Vladinir Putinin dövlət başçısı kimi fəaliyyətini müsbət qiymətləndirir. May ayında tədqiqat aparan Rusiyanın məhşur “Levada-centr” Analitik Mərkəzi rəyi soruşulan respondentlərin 80 faizinin V.Putini dəstəklədiyini açıqlayıb. Aprel ayında keçirilən sorğuda da eyni nəticə əldə olunmuşdu.
Prezidentin fəaliyyətini yalnız 13 faiz təqdir etmir.
Baş nazir Dmitriy Medvedyevin fəaliyyətini isə repondentlərin 63 faizi təqdir edib. Apreldə bu göstərici 66 faiz olmuşdu.
İctimai rəy sorğusu 22-25 may tarixlərində Rusiyanın 134 yaşayış məntəqəsində, 1600 nəfər arasında keçirilib.
Strateq.az