XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

28 May 2015 - 08:13

Obamadan Çinə təklif: “Gəl, Rusiyanı qardaş malı kimi bölək” – Təhlil

Sakit okean daha ABŞ-ın gölü deyil!

Bu gün Türkiyə və NATO münasibətlərinin gələcəyi haqqında yazmağa hazırlaşırdım. Lakin əvvəlcə Asiya-Sakit okean bölgəsinə üz tutmaq lazım gəldi: bir həftə əvvəl ABŞ dövlət katibi Con Kerrinin Asiya turnesində ilk ünvan olan çin səfərində olduqca mühüm siqnallar səsləndi.

Birincisi: bu hadisənin baş veridiyi məqam önəmlidir. Səfər Güney çin dənizində gərginliyin artdığı və hər iki oyunçunun öz yırtıcı naturasını üzə vurmağa başladığı dövrə düşdü.

çin əjdahası, ən azı, artıq öz dişlərini qıcırtmağa başlayıb. O, indi çəkinmədən işarə verir ki, əgər dayandırılmasa, bütün dünyanı ağzına alacaq alov püskürməyə qadirdir. Bu o deməkdir ki, çinin soyuqqanlı və ehtiyatlı siyasət yürütmək dövrü sona çatır.

çin yenidən bölgü istəyir!

Əvvəllər ticari-iqtisadi əmkdaşlıq və inteqrasiya mexanizmləri ilə yaxın xarici nəzarətə götürməyə cəhd edən çin indi açıq şəkildə bildirir ki, kənar qüvvələrin bölgəyə müdaxiləsini bəyənmir. Nəhayət, çinin hərbi potensialı artıqlamasilə bəs edir.

Bununla belə, azmanın yuxudan oyanması (bəlkə də, iddia olunduğu kimi, hər halda oyanmaqdadır) meydan oxuduğu Qərbin fəal iştirakı sayəsində baş verib.

çin dünya siyasəti səhnəsinə XIX əsrin sonunda çıxmağa başlayan Almaniya və İtaliya kimi bu müstəmləkəçilik yarışında gecikmiş starta baxmayaraq, bu gün digər ölkələri onunla hesablaşmağa vadar edir və biçimlənmiş nüfuz dairələrinin yenidən bölünməsini arzulayır. O bu bölgünü ABŞ-ın istədiyi kimi yox, öz əliylə cızdığı hüdudlar daxilində həyata keçirmək niyyətindədir. Pekin burada da olduqca müdrik strategiya güdür: əvvəlcə, dünyanı “çoxqütblü” konsepsiya çərçivəsinə yığmaq və bu qayda ilə Amerikanın qüdrət və ağalığına meydan oxuyan müttəfiqlər yaratmaq, sonra isə bu cür tərəfdaşlığın sayəsində ABŞ-ı zəiflətmək, lap sonra isə hamını üstəlyib yeganə qüvvə olmaq.

Bu gün çinin 1990-cı illərin ikinci yarısından təqib etdiyi strategiyanın yeni mərhələsini görürük. çinin ən böyük müttəfiqi, şübhəsiz ki, Yer kürəsinin bütün guşələrində ABŞ-la “yerdə qalanlar” arasında güc mübarizəsini dəstəkləyən Rusiyadır.

çin öz strategiyası vasitəsilə bir tərəfdən Rusiyanı özündən daha asılı edir, ikinci tərfdən isə Rusiya vasitəsilə onu maraqlandıran bölgələrə soxulmağa cəhd edir. Buna ən yaxşı misal çXR-nın ŞƏT və BRHçG məkannda atdığı addımlardır.

çin bu cür strategiyanı tətbiq etməklə eyni zamanda həm onun müttəfiqi durumunda olan Rusiyanı, həm də ABŞ-ı zəiflədir. Məqsəd – bu mübarizənin sonunda yeganə güc olub hər ikisini geridə qoymaqdır.

“Əvvəlcə sakit Okeanı bölək!”

ABŞ Pekinin nə oyun oynadığını başa düşür. Deməli, Obama prezidentliyinin ilk günlərindən gündəlikdə şərq yönündə önləyici tədbirlər meydana çıxdı, çin isə dalbadal təkliflər almağa başladı. Və Kerrinin baş tutmuş son səfərinin gedişində bu təkliflər haqda incə xatırlatmalar səsləndi. Əslində, Obama çXR-nın rəhbəri ilə danışıqların gedişində Pekinə dünyanı birgə idarə etməyi təklif etdi. Əvvəlki təkliflər Rusiyanın “balkanlaşdırılması”na aid idi. O, mənaca belə səslənirdi: “Gəl, Rusiyanı qardaş malı kimi bölək”.

Lakin Pekin bir-birini tamamlayan bu iki çağrışa necə cavab verdi?

çin 2009-cu ilin əvvəlində gəlmiş Rusiyanın balkanlaşdırılması təklifini rədd etdi və Moskva ilə münasibətlərdə ondan mühüm kozır kimi istifadə etdi. O, indi Rusiya ilə birlikdə hərbi təlimlər keçirdir (xüsusən Qara dəniz və Aralıq dənizindəki manevrlər) və xeyli aşağı qiymətə Rusiyadan qaz alır. Bundan başqa, hazırda Orta Asiyada manevr üçün daha geniş məkana malikdir.

Amerika dövlət katibinin çinə səfərinin gedişində Obamanın iki ölkə arasında “yeni tipli münasibət formalaşdırmaq” təklifinə “olsun” deyən Pekin bildirir: “Onda, gəlin, özümüzü əsil tərəfdaşlar kimi aparaq”. Və “Sakit okeanda çinlə ABŞ-ı tutacaq kifayət qədər yer olduğu” ismarıcını verməklə, əslində, tərəfdaşlığa buradan başlamağı təklif edir. Bu, ABŞ üçün yas mərasimunə dəvət kimi bir şeydir. Bu, Türkiyə üçün isə nadir fürsətdir: belə fürsətlər əsrdə bir dəfə ələ düşür. Yalnız onu düzgün dəyərləndirmək qalır.

Mehmet Seyfəddin Ərol

“Milli Gazete” (Türkiyə), 27.05.2015