XƏBƏR LENTİ

31 Oktyabr 2020

Digər Xəbərlər

09 Aprel 2016 - 13:14

Sürücülərin nəzərinə!- Bakıda bu küçədə təmir başa çatdı

cobanzade_yol_090416_04

Nizami rayonu Bəkir Çobanzadə küçəsinin Rüstəm Rüstəmov və Naxçıvanski küçələri arasında yerləşən hissəsi təmir olunub.

Bu barədə Trend-ə "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətindən məlumat verilib.

Sözügedən hissənin uzunluğu 780 metr, eni isə 14 metrdir. Təmir-tikinti işləri zamanı yeraltı kommunikasiya xətləri yolun hərəkət hissəsindən kənara çıxarılıb, köhnə səki daşları sökülüb, köhnə asfalt-beton örtüyünün yenilənməsi həyata keçirilib.

Ümumilikdə 2 qat olmaqla 11 min m2 sahə asfaltlanıb. Küçə boyu 1600 p/m yeni səki daşı düzülüb, kommunikasiya xətlərinin baxış qapaqları və yağış barmaqlıqları yeniləri ilə əvəzlənib. İşlər çərçivəsində mövcud olan piyada səkiləri də bərpa olunaraq, asfaltlanıb.

Avtonəqliyyat vasitələrinin, o cümlədən müntəzəm sərnişindaşıma ilə məşğul olan avtobusların rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə sözügedən hissədə 3 xüsusi "cib"li dayanacaq tikilib. "Cib"lərin uzunluğu 15 metr, eni isə 3,5 metrdir.

"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyinin nəzarəti altında yüksək keyfiyyətlə aparılan tikinti işləri çərçivəsində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılıb.

Qeyd edək ki, növbəti mərhələdə küçənin Babək prospektinə qədər olan hissəsinin də təmir edilməsi nəzərdə tutulub.