XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

28 May 2015 - 16:08

Türkiyədə əhalinin yalnız 37.5%-i Azərbaycanı dost ölkə sayır – Sorğu

qrafik.png

“Türkiyənin ən yaxın dostu hansı ölkədir?” sualına “Dostumuz yox” deyənlər respondentlərin 38.9%-ni təşkil edib

Türkiyənin Kadir Has Universiteti Türkiyənin xarici siyasəti ilə bağlı ictimai rəyin öyrənilməsi məqsədilə 2 il sonra yeni yeni ictimai rəy sorğusu keçirib. Sorğuda 26 yaşayış məntəqəsindən, orta yaşı 40,1 olan 1000 nəfər respondent iştirak edib. Bu barədə Türkiyənin “Radikal” qəzeti məlumat yayıb.

“Son dövrdə Türkiyə xarici siyasətinin prioritet məsələsi hansıdır?” – sualına respondetlərin 20.3%-i “Suriya” cavabınıı verib. 2013-cü ildə eyni suala “Suriya” cavabını verənlərin sayı 65.5% olmuşdu.

Respondetlərin 31.6%-i “Türkiyə Suriyada tərəfsiz qalmalı, hər hansı bir müdaxilə olmamalı” cavabını verib. 36.3% respondent hesab edir ki, “Suriyadan qaçqınların qəbuluna son verilməlidir və əvvəl gəlmiş olanlar da ölkələrinə geri göndərilməlidir”. Rəyi soruşulanların 21%-i isə “sayına baxmayaraq, qaçqınlar qəbul edilməlidir” deyib .

Türkiyəni islam ölkəsi olaraq gördüklərini söyləyənlərin sayı 2013-cü illə müqayisədə 8.5% artaraq 45.5% yüksəlib. Türkiyəni Avropa ölkəsi olaraq görənlərin sayı isə 26.4% olub. Rəyi soruşulanların 68.1%-nin fikrincə, Türkiyə İslam ölkələri üçün model ola bilər.

çox maraqlıdır ki, “Türkiyənin ən yaxın dostu hansı ölkədir?” sualına “Dostumuz yox” deyənlər respondentlərin 38.9% təşkil edib. Respondetlərin 37.5%-i Azərbaycanı dost ölkə kimi gördüklərini bildiriblər.

Strateq.az