XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

29 May 2015 - 07:43

Erməni təhlilçidən sensasion fikirlər: “Güney Qafqaz Rusiyaya verilir; Türkiyə və Rusiya arasında qarşıdurma planı hazırlanır”

Güney Qafqaza 90-cı illərin başlanğıcından ABŞ və avropalılar tərəfindən onların dünyasının tərkib hissəsi kimi yanaşılırdı və bunun üçün çoxlu arqumentlər, hər şeydən əvvəl, hərbi-logistik və coğrafi-iqtisadi amillər var idi. Xeyli dərəcədə Xəzər nefti və Gürcüstanın Avroatlantik cəmiyyətinin tərkib hissəsi olmaq cəhdləri sayəsində ABŞ və NATO-nun diqqəti bura cəmlənmişdi.

Resursların qismən tükənməsi, həmçinin dünyada energetik durumun dəyişilməsi nəticəsində Azərbaycan nefti önəmli aktuallığını itirib. Rusiya agenturası ilə doldurulmuş Gürcüstan Rusiyanın xətrinə dəyməmək istəyi barədə artıq yetərincə siqnallar səsləndirib. Bu iki amil bu və ya bşqa cür ABŞ və NATO-nun Güney Qafqaza münasibətində ən yeni baxışlarda prioritet olub.

Demək lazımdır ki, NATO kontingentinin Əfqanıstandan çıxarılması, şübhəsiz ki, Güney Qafqazın logistik önəminə təsir etdi. ABŞ və NATO indi və yaxın gələcəkdə bu bölgədə nə görə bilər?

Gürcüstan bölgədə təkbaşına Qərb strateqlərinin nəzərdə tutduğu vəzifələri yerinə yetirməyə qadir deyil. Gürcüstan cəmiyyətində təftişçilik təzahürləri baş qaldırır və onun indiki elitası Qərbin hədəf və vəzifələri baxımından olduqca etibarsızdır.

Türkiyənin mövqeyinin dəyişməsi və Rusiya ilə yaxınlaşması nəticəsində Avroatlantizmin tərəfdaşı kimi, Azərbaycanın mövqeyi son dərəcə ikimənalı olub. NATO-nun Güney Qafqazdakı ən perspektivli tərəfdaşı kimi, Ermənistan birmənalı şəkildə Rusiyanın vassalına çevrilib və casuslar ölkəsi kimi nəzərdən keçirlir.

Amerika və Avropanın həmişə bir bütöv kimi yanaşmağa cəhd etdiyi Güney Qafqaz bu qədər çoxmənalı siyasi mənzərəsi ilə daha Qərbdə maraq doğurmur. Qərbin Güney Qafqazdakı mövqeyinin çökməsi yolverilməzdir. Xüsusən də ona görə ki, ABŞ və Avropa Birliyi, həmçinin Qərb şirkətləri bölgəyə xeyli vəsait xərcləyib. Buna görə də çöküntünün genişlənməsinin qarşısını almaq lazımdır. Lakin Qərbdə başa düşürlər ki, ola bilsin, Rusiyanın artıq ciddi rol oynaya bilmədiyi digər istiqamətlərin əvəzində bölgəni on illiyə Rusiyanın ixtiyarına vermək lazım gələcək.

Hazırda Ukraynadan daha çox, Avropanın təhlükəsizliyi uğrunda mübarizə gedir. Bu, bahalı qiymətdir və bu halda səhlənkarlıq edib Rusiyanın Dnepri keçməsinə yol vermək olmaz. İstənilən halda Amerikada başa düşürlər ki, rusların ağzına nəsə atmaq lazımdır və bu “nəsə” Güney Qafqaz ola bilər.

Amerikalılar gözəl anlayırlar ki, Rusiyanın istənilən bölgədəki nüfuzu ötəridir və 5, ya 10 ildən sonra Rusiyanın Böyük Qafqaz silsiləsinin arxasına yığşacağı zaman çatacaq. Hazırda Qərb dünyasına qarşı durmağa cəhd edən Türkiyə və Rusiya ilə münasibətləri saf-çürük etməyin vaxtı çatıb.

Güney Qafqazın təhvil verilməsi heç də bölgəyə görə məsuliyyətin atılmasını bildirmir. Bölgə “rus bataqlığı” deyil, çox böyük haqq-hesab çəkilməsinə səhnə ola bilər. Hazırda bölgə ölkələrindən heç biri Rusiyaya qarşı çıxmağa hazır deyil və yaxud bunu istəməzdi. Hər halda Qərbin inandırıcı dəstəyi olmadan.

Həm ABŞ, həm də NATO artıq dünyada baş verən amansız qarşıdurmada kimə güvənəcəyini bilmir. Bu o deməkdir ki, Güney Qafqaz Qərb cəmiyyətinə münasibətdə öz funksiyasını itirib. Donetsk və Luqansk vilayətlərinin yarısını işğal etmiş Rusiya Mariupolu ələ keçirə bilməyib dalana dirəndi və NATO qoşunlarını Qara dənizdə və Dneprdə görür. Bu vəziyyətdən birtəhər sürünüb çıxmaq lazımdır və Rusiyanın itirəcəyi heç nə yoxdur.

Rusiya Ukraynada qərb istiqamətində hücuma girişməsə, tarixdə yetərincə amansız şəkildə məğlub olacaq. Rusiyanı artıq bir dəfə dayandırıblar, bəs indi nə gözlənir? Buna görə də Rusiya ilə siyasi və yaxud geopolitik alver tamamilə ağlabatandır ki, uduzmadığı haqda xəyali təsəlli ala bilsin. Zaman keçdikcə Rusiyadan qoparılacaq bölgələr bu alverin predmeti ola bilər.

Moskva məntiqi çaş-başlıq dövründən sonra qət etdi ki, hər şey itirilməyib və bir sıra yönlərdə siyasi həmləyə keçdi. çinlə münasibətləri nizamlamaq, neftin qiyməti barədə Səudiyyə Ərəbistanı ilə razılığa gəlmək, həmçinin Rusiyanın Yəməndəki münaqişə ilə bağlı müəyyən mövqelər üzrə, Yunanıstanı öz tərəfinə çəkmək, NATO-ya daxil olmaq niyyətinə görə Finlandiya ilə İsveçi hürkütmək cəhdləri, çinə xüsusi ümid var…

Bütün bu istiqamətlər son dərəcə şübhəlidir, lakin Rusiya va-banka gedir, çünki küncə qısnanıb və itirəcəyi heç nə yoxdur. Bu, Qərb üçün qeyri-adi dərəcədə cəlbedici durumdur, çünki Rusiya bir sıra yönlərdə, sadəcə, dişbatmaz deyil, həm də təhlükəli durumda görünə bilər.

Rusiyanı bir sıra bölgələrdə, xüsusən də Mərkəzi Asiyada hərbi münaqişəyə sürükləmək istəyirlər. Bu, çini də fəallığa təhrik edə bilər və bu halda Rusiya-çin münasibətlərinin necə biçimlənəcəyi hələ aydın deyil. Bundan başqa, transmilli İslam klub və qurumlarının, həmçinin Mərkəzi Asiyada müəyyən planları olan Pakistanla Səudiyyə Ərəbistanının buna necə qıcıq verəcəyi məlum deyil. Mərkəzi Asiyanın kölgə bölgəsi kimi nəzərdən keçirilən Güney Qafqazda da oxşar durum yarana bilər.

Təəssürat yaranır ki, əvvəllər bu planlar hazırlanma mərhələsindəydisə və ABŞ-ın baxışları Avropa Birliyinin planlarından fərqlənirdisə, indi bu planlar eyniləşib. Hələlik bu planlara bağlı heç bir açıqlama və yaxud eyham olmayıb, lakin bu onun varlığını inkar etmir.

Bəs bu niyyətlər harada, hansı durumda üzə çıxacaq? çox güman ki, bu, Gürcüstanda baş verəcək və sonra da Ermənistana transformasiya olunacaq. Lakin əsas münaqişə və yaxud kəskin qarşıdurma Türkiyə ilə Rusiya arasında baş verməlidir və görünür, hazırda bu plan hazırlanır. İndi Türkiyə ilə Rusiya Qərbə münasibətdə bir medalın iki üzü kimi nəzərdən keçirilir. Hər iki dövlət öz qüvvələrini Qərbə qarşı birləşdirə bilər. Lakin Qərb ümidvardır ki, Güney Qafqaz Rusiyanın nəzarətinə keçən kimi, Türkiyə ilə ziddiyət yaranacaq.

Lakin bu halda da səhv baş verə bilər. Birincisi, təkcə Güney Qafqaz deyil, həm də Qara dəniz qarşıdurma səhnəsinə çevrilə bilər. Lakin ABŞ və NATO hazırda Qara dənizdəki işini zəiflədə bilməz. çünki belə olan halda Ukrayna zəif duruma düşəcək. Bu isə artıq Qərbin planlarına əngəldir. Bu vəziyyət Türkiyə ilə Rusiyanın səylərinin birləşdirilməsində daha aktual görünür.

Lakin Güney Qafqaz məhz o bölgədir ki, pri
nsipcə onların arasnda qarşıdurma baş verə bilər. Hərçənd ki, burada da səhv ola bilər. çünki Türkiyə və Rusiya çox böyük siyasi təcrübəsi olan dövlətlərdir və çətin ki, hansısa layihələrə görə özlərini qarşıdurmaya çəkməyə yol verələr.

Deməli, Rusiyanın nəzarətinə veriləcəyi halda, Güney Qafqazı nə gözləyir? Başa düşmək lazımdır ki, geopolitik yerdəyişmə digərləri ilə yanaşı baş verəcək. Bölgə Rusiyaya verilsə, böyük təcridə düşdüyünü və Rusiyanın təşəbbüsü onun əlindən aldığını başa düşən Türkiyə buna necə yanaşacaq?

İstənilən halda Güney Qafqaz Rusiyanın təsir dairəsi elan ediləndən sonra buradakı ölkələri dərin iqtisadi-sosial sürünmə və fəlakət gözləyir. Nəticədə, bölgə ölkələri olduqca antiruisya əhvalına köklənəcək. Şübhəsiz ki, Rusiya ilə Gürcüstan, həmçinin Azərbaycanla Ermənistan arasında məlum bölgəsəl münaqişələr kəskinləşəcək. Bölgə tarixi dalana dirənəcək və yeganə ümidi Qərb olacaq (güman ki, nəsibi vassalıqdan çıxmaq olmayan Ermənistan istisna olmaqla).

Beləliklə, Gürcüstana nisbətdə bir müddət nəzakətli münasibət qalacaq. Azərbaycan Türkiyənin tərəfdaşıdır. Ermənistandan isə danışmağına dəyməz – o, artıq dövlət deyil.

Bütün bunlar yalnız ehtimallar, ssenari cızmaq cəhdidir və bunun bir az faktiki əsası var, lakin başqa ssenari nədən ibarətdir? O, sadəcə, görünmür. Alternativ olmasa da, tamamilə müstəqil, lakin əsaslandırılmış başqa bir ssenari təklif etmək olarmı?

İqor Muradyan

“Lragir” qəzeti (Ermənistan), 28.05.2015