XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

29 May 2015 - 08:26

Milli Məclisdə gərginlik: Spikerlə deputat yanan binaya görə “atışdı”

milli-meclis.jpg

Milli Məclisin bu gün keçirilən iclasında spiker Oqtay Əsədovla millət vəkili Sabir Rüstəmxanlı arasında gərgin anlar yaşanıb.

Strateq.az AzVision.az-a istinadən xəbər verir ki, buna səbəb millət vəkilinin iclasda Binəqədi rayonunda baş vermiş yanğınla bağlı səsləndirdiyi fikirlər olub.

“Binaların üzlənməsinə bu qədər vəsait xərclənib. Nəticədə binalar yararsız materialla üzlənib. Sonra da camaatı odun içinə atıblar. Başqa məsələlərdə müzakirə üçün yarım saat vaxt ayırırsınız. Niyə bu yanğın hadisəsi Milli Məclisdə müzakirə olunmasın? Sabah da deyəcəklər ki, deputatlar da bu işin içindədirlər, ona görə də heç nə danışmırlar. Kimin sözü varsa, bu mövzuda danışmalıdır”, – deyən Sabir Rüstəmxanlının fikrinə Oqtay Əsədovun cavabı belə olub: “Siz hər dəfə Məclis başlayanda bu cür təpki verirsiniz. Mən təklif etdim ki, danışmaq üçün kimin sözü var? Amma heç kim təkid etmədi”.

S.Rüstəmxanlı spikerə yerindən cavab verib: “Mən danışmaq üçün təkid etdim. Yalan danışmayın!”.

Bu sözlər isə spikerlə millət vəkili arasında gərginliyin artmasına səbəb olub.

“Mən sizinlə mədəniyyətlə danışıram. Yalanı da siz danışırsınız. Siz yazıçısınız, mən sizə hörmət edirəm. Mətbuat nümayəndələrinə özünüzü göstərmək nəyə lazımdır ki? Hamı hamını yaxşı tanıyır”– deyə, spiker S.Rüstəmxanlıya cavab verib.

Strateq.az