XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

29 May 2015 - 14:55

Qorbaçov yenə “Yenidənqurma” təklif edir

qorbacov.jpg

Rusiya üçün yenə “Yenidənqurma” təklifi ilə SSR-nin sabiq prezidenti Mixail Qorbaçovun “Qorbaçov Fondu” və keçmiş maliyyə naziri Aleksey Kudrinin rəhbərlik etdiyi Vətəndaş Təşəbbüsləri Komitəsi çıxış edib.

Hər iki təşkilatın ekspertləri tərəfindən “Müasir Rusiya kontekstində yenidənqurma dəyərləri” adlı hesabat hazırlayıblar.

Hesabat müəllifləri bildirirlər ki, Rusiya və dünyada “yeni düşüncə” qıtlığı mövcuddur və bütün dünya üçün yeni təhdidlər, siyasi və iqtisadi riskləri tirajlayır.

Hesabatda vurğulanır ki, Mixail Qorbaçov uduzsa da, yenidənqurma “dəmir pərdə”nin qalxmasına səbəb oldu, “soyuq müharibə” başa çatdı, kommunist bloku ölkələrində də demokratiya dəyərləri gəldi: “Rusiyada 1990-cı illərdən sonra yaradılan model qeyri-effektiv olub və təzədən yenidənqurma lazımdır”.

Hesabatın təqdimatında A.Kudrin bildirib ki, bu təkliflərin irəli sürülməsində əsas məqsəd müzakirələrin açılmasına nail olmaqdır. “çox təəssüf ki, biz yenə Qərblə qarşıdurmadayıq, bu, dəqiq dalana aparan yoldur”, – deyə A.Kudrin vurğulayıb.

“Zəif Rusiya öz ətrafında yeni müttəfiqləri birləşdirə bilməz və Qərblə qarşıdurmanı davam etdirsə, köhnələri də itirəcək. Sanksiyalar altında olan, zəif iqtisadiyyata malik, inkişaf etməyən bazar institutları olan ölkə ilə, çətin ki, kimsə iş görmək istəsin”, – deyə Kudrin əlavə edib.

Strateq.az