Bu gün səhiyyə naziri Oqtay Şirəliyevin rəhbərliyi ilə Səhiyyə Nazirliyinin geniş kollegiya iclası keçirilib. Bu barədə Nazirliyin Mətbuat Xidməti məlumat yayıb.
Elmi Təhqiqat institutları, Bakı və bölgələrdəki tibb müəssisələrinin, habelə, Prenatal mərkəz və bəzi özəl tibb müəssisələri rəhbərlərinin iştirak etdiyi kollegiya toplantısı iki əsas mövzuya həsr olunub. Birincisi, 1 iyun 2015-ci il tarixindən tətbiq ediləcək nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydalarının, digəri isə Səhiyyə Nazirliyinə daxil olan ərizə və müraciətlərin müzakirəsinə həsr olunub.
İkinci məsələ ilə bağlı O.Şirəliyev Səhiyyə Nazirliyə daxil olmuş müraciət və təkliflərin, habelə qaynar Xətt Xidmətinə daxil olmuş müraciətlərin araşdırılması mövzusunu önə çəkib. Səhiyyə Nazirliyini tərkibində yaradılmış və əhalinin müraciətlərinin dinlənilməsi və qısa vaxt ərzində həll olunması baxımından Səhiyyə Nazirliyinin tərkibində yaradılmış E-səhiyyə xidmətinin işinin təşkilindən danışıb. Nazir öz çıxışında dövlət və ya özəl tibb müəssisələrinə rəhbərlərinə əhalinin müraciət və xahişlərinə diqqətlə yanaşmağı tapşırıb.
Nazir sonda bir daha Səhiyyə Nazirliyinin ünvanına daxil olan çoxsaylı məktubların, o cümlədən, işlə təminat, xəstəlik problemləri ilə əlaqədar istənilən müraciətin cavabsız qalmaması, diqqətlə nəzərdən keçirilməsi və ünvanlı şəkildə araşdırılmasına dair göstərişlər verib.
Strateq.az