XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

31 May 2015 - 05:56

ATƏT sədri prezident İlham Əliyevlə görüşəcək – rəsmi

Dacic.jpg

ATƏT-in fəaliyyətdə olan sədri, Serbiyanın xarici işlər naziri İvitsa Daçiç Cənubi Qafqaza səfəri çərçivəsində sabah Azərbaycanda danışıqlar aparacaq. Bu barədə ATƏT-in yaydığı press-relizdə bildirirlir.

Səfər proqramına əsasən İ.Daçiçin prezident İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov, xarici işlər naziri Elmar Məmmədyarovla görüşü planlaşdırılıb. ATƏT sədri həmçinin Azərbayan xarici işlər nazirliyinin binasında səfərin yekunları ilə bağlı mətbuat konfransı keçirəcək.

İyunun 2-də isə İ.Daçis Gürcüstana səfər edəcək və bu ölkənin prezidenti Georgi Marqelaşvili ilə danışıqlar aparacaq. Onun baş nazir, parlament spikeri və siyasi partiyaların liderləri ilə görüşü də gözlənilir.

İ.Daçiç Ermənistanda iyunun 3-də danışıqlar aparacaq. Onun, prezident, baş nazir, parlament spikeri və siyasi partiyaların liderləri ilə görüşü nəzərdə tutulub. İ.Daçiçin ATƏT-in Yerevan osfinə baş çəkəcəyi də bildirirlir.

Strateq.az