XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

31 May 2015 - 06:30

Saakaşvili “Odessa möcüzəsi” yarada biləcəkmi?

saakashvili.jpg

Keçmiş prezident dərhal islahatlara başalyıb

Dünən Ukraynanın Odessa şəhərinin qubernatoru təyin edilmiş Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Ukrayna vətəndaşlığı alıb. Ukrayna prezidenti P. Poroşenko bununla bağlı fərman imzalayıb.

Gürcüstan parlamentinin deputatı hakim partiyanın təmsilçisi Zviad Kvaçantriadze isə bildirib ki, keçmiş prezident Gürcüstan vətəndaşlığını itirəcək: “Bu, onun özü tərəfindən qəbul edilmiş qanundur. Əgər qubernator olursa, onda Ukrayna vətəndaşlığı alır, əgər belədirsə onda Gürcüstan vətəndaşlığını itirəcək”.

Onun sözlərinə görə, Gürcüstan qanunverciliyi ikili vətəndaşlığa icazə verir. Amma bunun üçün o, Gürcüstan prezidentinə müraciət etməlidir. “Əgər Gürcüstan rəhbərliyi ona ikili vətəndaşlığın verilməsi barədə qərar qəbul etsə, onda bu məsuliyyətsiz qərar olacaq”, – deyə Zviad Kvaçantriadze vurğulayıb.

Gürcüstan parlametinində hakim partiyanın lideri David Saqanilidze Saakşvilinin təyinatı ilə bağlı Ukrayna xalqına yazığı gəldiyini qeyd edib.

Ukrayna hakimiyyəti isə Saakaşvilidən yeni uğurlar və islahatlar gözləyirlər. Prezident Poroşenko bildirib ki, o özü şəxsən Odessadakı dəyişiklikləri izləyəcək və keçmiş prezidentin uğurlu islahatlar aparacağına inanır. “Poroşenko bloku”nun təmsilçisi Sergey Leşenko isə Tvitter hesabında “Biz yeni Batumi gözləyirk”, – deyə yazıb.

Saakaşvili isə Odessanın Qara dənizin paytaxtına çeviriləcəyi vədini verib. Onun özlərinə görə, turirstlərin cəlb olunması üçün çox işləmək və islahatlar həyata keçirmək lazımdır. Bunun üçün isə yeni insanlar gərəkdir.

Strateq.az