Hər il mayın 31-i dünyada ümumdünya Tütünsüz Günü kimi qeyd olunur. 1988-ci ildən ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə keçirilən bu gündə ictimaiyyətin diqqəti tütünün yaratdığı acınacaqlı vəziyyətə yönəldilir, bu zərərli vərdişdən çəkinməyin yolları müzakirə olunur.
ümümdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər 6 saniyədən bir dünyada tütünçəkmə ilə bağlı xəstəliklər səbəbindən bir nəfər dünyasını dəyişir. Tütünçəkmə ilə bağlı xəstəliklər səbəbindən dünyada hər il 6 milyon insan ölür. ümumdünya Səhiyyə Təşkilatı bəyan edir ki, tütünşəkməyə qarşı səmərli nüabrizə aparılmasa bu rəqəm 203-cu ildə 8 milyon nəfərə çatacaq.
ümümdünya Dünya Səhiyyə Təşkilatının (üST) tütünə qarşı mübarizə üzrə çərçivə Konvensiyası 2003-cü ilin mayında qəbul edilmiş, 2005-ci ilin fevralında qüvvəyə minmişdir.
Bu günədək Konvensiyaya 173 ölkə, o cümlədən Azərbaycan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Rusiya, Türkmənistan, Ukrayna qoşulmuşdur.
Azərbaycan 2005-ci ildə Tütünlə mübarizə haqqında üST-ün çərçivə Konvensiyasına ratifikasiya edib. Hazırda “Tütünə nəzarət” haqda qanun layihəsi Azərbaycan Respublikasının Milli Məclisinin müzakirəsindədir
20-ci əsr ərzində 100 milyon nəfərin həyatına son qoyan tütünçəkmə 21-ci əsrdə 1 milyard insanın ölümünə səbəb ola bilər.
Siqaret çəkənlərin 80 faizi gəlir səviyyəsi aşağı və orta olan ölkələrdə yaşayır.
Beynəlxaq təşkilatların hesabatlarına əsasən Azərbaycanda 3 milyondan çox insan siqaret çəkir.
Strateq.az