XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

01 İyun 2015 - 08:10

İcra başçısı, yoxsa serial qəhrəmanı: Alimpaşa Məmmədovun “danışan fotoları” – FOTOLAR
alimpasa-icraa.jpg
Şəmkirin icra başçısı Alimpaşa Məmmədov dövlət məmurundan daha çox, “Polad Ələmdar” rolunun üstənməsini əks etdirən bir-birindən ilginc fotoları mətbuatın diqqətindən yayınmayıb.
Strateq.az icra başçısının müxtəlif tədbirlərdə əks olunduğu fotoları ilə bağlı kiçik müqayisəli təhlil apararaq, Alimpaşa Məmmədovun məmurdan çox, “teleserial qəhrəmanı” kimi davrandığını üzə çıxarıb. Məsələnin ən ilginc tərəfi isə icra başçısının özünün belə fotolarının yayılmasında xüsusi maraqlı görünməsidir. Bunu onun xidməti kabinetində keçirdiyi toplantılardan, yemək məclislərindən çəkilən fotoları da təsdiq edir. Axı, gün kimi aydındır ki, kənar adam həmin şəkilləri çəkə və yaya bilməzdi. İcra başçısı isə iclaslarda ikrah yaradan hərəkətlərinin əks olunduğu fotolarını yaydırmaqla, sanki, kimələrəsə mesaj verir. Təqdim edəcəyimiz fotolara diqqət edin. Görəcəksiniz ki, həmin fotolar bir əyalət məmuruna yaraşmayan hərəkətlər olmaqla yanaşı, həm də ortaya başqa fikirlər çıxarır. Bəli, bu icra başçısı ya həqiqətən barəsində deyilən “Polad Ələmdar“lıq xəyalına qapılıb, ya da özünü tamam başqa vəzifədə təsvir edir. Hər iki hal isə icra başçısı postuna yaraşmayan hal olmaqla, həm də məmurlara qarşı hədsiz narazılıq yaradır…
Xatırladaq ki, Prezident İlham Əliyev Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda elə Alimpaşa Məmmədov kimi məmurları nəzərdə tutaraq, belə demişdi:
“İdarəetmə sahəsində müsbət islahatlar aparılır. Mən burada ictimai nəzarətin əhəmiyyətini xüsusi qeyd etmək istəyirəm. İctimai nəzarət olmasa, ölkəmiz uğurla inkişaf edə bilməz. Bir adam – Prezident, yaxud da rəhbər işçilər hər bir sahəni daim diqqət mərkəzində saxlaya bilməz. Ona görə, bəzi hallarda qanunsuzluqlar, qanun pozuntuları, sosial ədalətin pozulması halları baş verir. Bu, bizi çox üzür”.
Dövlət başçısı qeyd edib ki, qanun pozuntularının, sosial ədalətsizliyin qarşısını almaq üçün mütləq çox güclü ictimai nəzarət olmalıdır. Belə olarsa, o zaman işlər daha sürətlə gedər və xoşagəlməz halların aradan qaldırılması üçün yeni mexanizm yarana bilər: “Burada əlbəttə ki, dövlət idarəetmə prinsiplərində ciddi islahatlar aparılmalıdır və eyni zamanda, ictimaiyyət də daha fəal olmalıdır. Biz bunu son vaxtlar görürük. Bizim ictimaiyyət hər hansı bir yerdə qanunsuzluqlar, pozuntular, ədalətsizliklər baş verdikdə, dərhal reaksiya verir. Mən bunu alqışlayıram. Bu, bizə kömək edir. Bu canlı bağlantı daim olmalıdır və güclənməlidir”.

Görünür, dövlət başçısı bəzi məmurların davranışı, onların feodal təfəkkürü ilə özlərini “kişik padşah” kimi aparmalarının qarşısının alınması üçün ictimai nəzarətin daha çox işə yarayacağını düşünür. Əlbəttə, ictimai nəzarət belə məmurların özlərinə çəki-düzən verməsində böyük rola sahibdir. Və bu, olduqca, Alimpaşa Məmmədov kimi məmurların belə “qol-qanad” açması, şübhəsiz ki, qeyri-mümkün olacaq..
Strateq.az olaraq, biz Alimpaşa Məmmədovun simasında çox dərin təhlilə yol vermədən bir-birindən “maraqlı” fotoları təqdim edirik. Bizcə, bu “danışan foto”lar məmur özbaşınalığı haqda çox mətləblərə işıq salır: