XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 June 2015 - 08:38

“Oğlumun əlindən tutub o tədbirə aparmamışam” – Ziya Məmmədovdan kəskin açıqlama
Nəqliyyat naziri Ziya Məmmədov “Yeni Müsavat”a təkzib məktubunda maraqlı məqamlar açıqlayıb.
Strateq.az Musavat.com-a istinadən xəbər verir ki, Nazir “Anar Məmmədovun prezidentin rəsmi qəbulunda nə işi varmış?” başlıqlı yazıya etirazını bildirib:
“Yazıda bildirilir ki, guya Anar Məmmədovu o tədbirə mən aparmışam. Bu iddia doğru deyil. Oğlumun o tədbirdə iştirakından xəbərim belə yoxdu. Anar Məmmədov ictimai fəaliyyətlə məşğuldur. O, Azərbaycan Amerika Alyansının rəhbəridir, Makedoniyanın Azərbaycanda fəxri konsuludur. 28 may Respublika Günü ilə bağlı keçirilən rəsmi qəbula dəvətnamə ilə çağırılıb, lazım gəlsə həmin dəvətnaməni mətbuata təqdim edə bilərik. Bunları ona görə deyirəm ki, məsələ yazıda təqdim olunduğu kimi deyil, mən oğlumun əlindən tutub o tədbirə aparmamışam”.
Nazir bildirib ki, qəzet təkzib verməsə, şəxsən özü məhkəməyə verəcək.
Xatırladaq ki, “Yeni Müsavat”ın 30-31 may, 2015-ci il tarixli sayında nəqliyyat nazirinin oğlu, “Garant Holding”in təsisçisi Anar Məmmədovun mayın 27-də “Buta” sarayında Respublika Günü ilə bağlı keçirilən rəsmi qəbulda iştirakı haqda xəbər dərc edilib. Xəbərdə bildirilir ki, nazir oğlunun ali dövlət tədbirinə qatılması diqqətdən yayınmayıb. A.Məmmədovun bu cür törəndə hansı statusla iştirakı tədbirdə olanlar arasında sual yaradıb. Yazıda iddia olunur ki, onun həmin tədbirdə iştirakını atası Ziya Məmmədov təşkil edib. Nazirin öz oğlunu deputat etmək istədiyi üçün onu indidən bu cür tədbirlərə apardığı da xəbərdə öz əksini tapıb.
Strateq.az