XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

02 İyun 2015 - 05:59

Novruz Məmmədov yenə ABŞ-a sataşdı: “Onlara viza vermir, amma Saakyana verir” –Tvitter

novruz.jpg

“Son 20 ildə beynəlxalq aləmdə baş verən hadisələrdə beynəlxalq hüququn tətbiqini çox az-az hallarda müşahidə etmək olar”.

Strateq.az bildirir ki, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün “Twitter” səhifəsində yazıb.

N. Məmmədov qeyd edib ki, beynəlxalq aləmdə bu gün müşahidə olunan gərginliyin səbəbi elə budur: “Beynəlxalq hüquq yalnız sözdə mövcuddur. Maraqlıdır, Krımın, Abxaziyanın, Osetiyanın, Dnestryanının “rəhbərlərinə” Avropa və ABŞ vizaları verilməsi qadağandır. Amma separatçı Bako Saakyana asanlıqla viza verilir. Görəsən, bunu necə başa düşmək lazımdır? Ermənistan münaqişənin həllini ona görə uzadır ki, arxasında beynəlxalq hüquqa məhəl qoymayan dövlətlər durub”.