XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

02 İyun 2015 - 08:48

Milli Şura yaxın zamanda parlament seçkiləri ilə bağlı qərar verəcək – Açıqlama

Fuad.jpg

Bu il payızada keçiriləcək parlament seçkiləri ilə bağlı ilkin hazırlıqlar başlayıb. Artıq Mərkəzi Seçki Komissiyası seçici siyahılarının dəqiqləşdirilməsi, seçkilərlə bağlı müvafiq təlimatların hazırlanması prosesinə start verib. Hakim Yeni Azərbaycan Partiyası da seçki hazırlıqlarını görür, özünün “namizəd xəritəsi” üzərində işləyir.

Müxalif cinahda da parlament seçkiləri ilə bağlı ilkin müzakirələr başlayıb. Hələlik, müxalifət partiyaları namizədlər və dairələrlə bağlı konkret qərarlar verməyə tələsməsələr də, seçki strategiyası üzərində iş aparılmasını gizlətmirlər.

Parlament seçilərinə hazırlıqla bağlı Strateq.az-ın suallarını cavablandıran AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirdi ki, AXCP-nin seçki ilə bağlı mövqeyi Millin Şura çərçivəsində müəyyən olunacaq: “Seçkilərlə bağlı ilk olaraq hazırkı şəraitdə və şərtlərdə seçkilərdə iştirak edib-etməmək məsələsinin həll olunamasıdır. Bu məsələ AXCP-nin rəhbər strukturlarında, Milli Şurada müzakirə olunaraq müvafiq qərar veriləcək. Bu qərara uyğun olaraq addımlar atılacaq, seçki strategiyası dəqiqləşdiriləcək. İstər dairələrin, namizədlərin müəyyənləşməsi, istərsə də seçki kampaniyasının aparılması ilə bağlı məsələlər həllini tapacaq. Bu günə qədər bizim üçün prioritet məsələ seçki mühitinin demokratikləşdirilməsi ilə bağlı səylərimizi konsentrasiya etmək olmuşdur. Bununla bağlı etiraz aksiyaları keçirilib, fəaliyyətlər aparılıb. Seçkilərlə bağlı konkret məsələlər isə seçkidə iştirak edib-etməməklə bağlı qərar verildikdən sonra öz həllini tapacaq”.

Onun sözlərinə görə, yəqin ki, yaxın zamanda qərar veriləcək: “çünki bu məsələ uzana bilməz. Yəqin ki, yaxın həftələrdə bu məsələlərə konkretlik gətiriləcək”.

AXCP sədri Əli Kərimlinin seçkidə iştirakı ilə bağlı isə F.Qəhrəmanlı qeyd etdi ki, Milli Şuranın parlament seçkiləri ilə bağlı müvafiq qərarından sonra bu barədə danışmaq olar.

Strateq.az