XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

02 İyun 2015 - 09:17

Rusiya Amerika ilə barışır- Kremldən açıqlama

Lavrov_22.jpg

Bloomberg telekanalına müsahibəsində Rusiya xarici işlər naziri Sergey Lavrov Vaşinqton Moskva münasibətləri ilə bağlı maraqlı açıqlamalar verib. Onun sözlərinə görə, Rusiya ilə ABŞ arasında münasibətlərin indiki vəziyyətini “yenidən yükləmə” adlandırmaq olmaz: “”Yenidən yükləmə” ifadəsi Hilları Klinton və Barak Obama administrasiyası tərəfindən tapılıb. Bu, bizim icadımız deyil, Rusiya prezidenti Vladimir Putinin kiçik çorc Buşla yaxşı şəxsi münasibətləri var idi, amma bu praktik əməkdaşlıqda təzahür etmirdi. Barak Obama adminstrasiyası ilə ikitərərfli prezident komissiyası yaradılmışdı, amma sonradan hər şeyə son verildi”.

S.Lavrov bildirib ki, Rusiya və ABŞ prezidentləri telefonla əlaqə saxlayırlar: “Bizim maraqların üst-üstə düşdüyü məsələlərdə əməkdaşlıq edirik. Mən bunu yeni “yenidən yükləmə” adlandıra bilmərəm. Bu, daha çox münasibətlərin normal vəziyyətinə qayıtmasıdır”.

Strateq.az