XƏBƏR LENTİ

03 Dekabr 2020

Digər Xəbərlər

21 Aprel 2016 - 19:37

Britaniyalılar Kraliçanın 90 yaşını qeyd edir- FOTOLAR

1461248379488247844_1000x669

Britaniyada Kraliça II Elizabetin 90 yaşı təntənəli şəkildə qeyd edilir.

Birləşmiş Krallığın hər bir paytaxt şəhərində Kraliçanın şərəfinə atəşfəşanlıq keçirilib.

Kraliça II Elizabet Edinburq dukunun müşayiəti ilə Vindzor şəhərində gəzintiyə çıxıb. Xeyli sayda insan onu salamlamaq üçün küçələrə axın edib.

Kraliça Tvitter sosial şəbəkəsində onun ad gününü təbrik edənlərə təşəkkürünü bildirib.

Britaniya Parlamentində Baş nazir Devid Kemeron və siyasətçilər Kraliçanın doğum günü münasibətilə xoş arzularını çatdırıblar. Kraliça II Elizabetin doğum günü iyun ayının ortalarınadək müxtəlif vaxtlarda fərqli tədbirlərlə qeyd ediləcək.

Azərtac