XƏBƏR LENTİ

06 Avqust 2020
05 Avqust 2020

Digər Xəbərlər

02 İyun 2015 - 14:36

Qarabağın həlli: “Türkiyə və Azərbaycan Putinin ittifaqına üzv olacaq”

“Rusiyanın hər hansı ölkəni Avrasiya İqtisadi İttifaqının üzvü etmək üçün Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olacağını təsəvvür etmək çətindir”.

Strateq.az Modern.az-a istinadən xəbər verir ki, bunu Ermənistan mətbuatına müsahibəsində Rusiya Dövlət Dumasının keçmiş deputatı, Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov Azərbaycanın Avrasiya İqtisadi İttifaqına üzvlük məsələsini şərh edərkən deyib.

Ekspert bildirib ki, Rusiya Qarabağ probleminin nizamlanması üçün Azərbaycan və Ermənistan xalqı arasında güzəştə tədricən nail olunmasını istəyir: “Rusiya həmçinin genişmiqyaslı hərbi əməliyyatların başlanmamasına şərait yaradır”.

Politoloqun fikrincə, Qarabağ konfliktinin tənzimlənməsinin özünün spesifik məntiqi var və bu heç də Avrasiya İttifaqı ilə bağlı deyil. Onun sözlərinə görə Azərbaycanın iqtisadi durumu yaxşı olduğuna görə heç Avrasiya İttifaqına üzv olmağı da düşünmür.

Rus analitik bununla belə proqnozlaşdırıb ki, yaxın 5 ildə Azərbaycan Türkiyə ilə birlikdə Avrasiya İttifaqına üzv olacaqlar. “Düşünürəm ki, yaxın 5 il üçün bu, çox realdır. Əlbəttə, burada Ukrayna böhranı və bunun uğrunda aparılan böyük müharibənin nəticəsi ilə əlaqə qurmaq lazımdır”.

Qeyd edək ki, xarici işlər naziri Elmar Məmmədyarov “Rossiya 24” telekanalına müsahibəsində Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini tapacağı təqdirdə, Azərbaycanın Avrasiya İttifaqına üzv olmaq perspektivini istisna etməyib.