XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

04 İyun 2015 - 07:08

Çin Vaşinqtona: “Müharibə qaçılmaz olacaq!” –Təhlil

İkiüzlü Amerika: Rusiyaya sanksiyalar, çinə “çıqqıltılar”

Obama Moskvaya iqtisadi zərbələr endirir, eyni zamanda Pekinlə qarşı durmaq üçün bölgəyə gəmilər göndərir, bununla belə çinlə işgüzar münasibətlərə toxunmur.

Göründüyü kimi, ikili standartlar Obamanın xarici siyasətinin əsas səciyyəvi özəlliyi olub. Hazırda hamının gözü qabağında dünyadakı qüvvələr tarazlığı üçün ciddi nəticələr verə biləcək daha parlaq bir nümunə var: Rusiyanın Ukrayna hadisələrinə qarışması üzündən barışmaz müxalifət və Pekinin Güney çin dənizində ekspansiyasına qarşı səbirli olmasa da, ehtiyatlı yanaşma.

Səbəb sadədir. Hər iki ölkənin təcavüzkar davranışı oxşar cizgilərə malik olsa da, Vaşinqton Rusiya reaksiyasının onun maraqlarına təhdid ola biləcəyindən hələlik ehtiyatlanmır. Lakin onun xarici borcunun böyük hissəsinə sahib və nəhəng biznesi olan çinlə münaqişəyə girməməyin mütləq zərurətini dərk edir. Həm də onunla birlikdə Quzey Koreyanı nəzarətdə saxlamalıdır. Buna görə də Vaşinqton Putinə qarşı müddəti bu ayın axırında başa çatan sanksiyaların saxlanması və hətta sərtləşdirilməsinə təkid edirsə, eyni zamanda Si Szinpinlə münasibətdə söz qınağı və hansısa nümayişkaranə məsum aksiyalarla kifayətlənir. Moskvaya gəlincə isə, o, əks-tədbirlərlə göstərdi ki, onu qorxutmağa imkan vermək niyyətində deyil, həm də qarşıdurmanı islahedilməz nəticələrə qədər aparmağı planlaşdırmır.

Pekin mübahisəli arxipelaqlara görə tələblər irəli sürməklə, ona zəngin qaz və sualtı mineral yataqlarını istismar hüququ verə biləcək süni adalar yaratmaqla getdikcə daha çox təcavüzkar siyasət aparır.

Sinqapurda təhlükəsizlik üzrə konfransın gedişində ABŞ-ın yeni müdafiə naziri Karter bildirdi ki, çin bölgədəki təhlükəsizliyi təhdid edir. çin ordusunun baş qərargah rəisinin müavini, admiral Sun Szyanqo ona cavab verdi ki, Amerika hərbi dəniz qüvvələri və hərbi hava qüvvələrinin bölgədəki varlığı və Amerikanın çinlə qonşu ölkələrə silah tədarük etməyi bölgədə sabisizlik yaradır. çin tərəfi həmçinin xəbərdarlıq etdi ki, əgər Vaşinqton yeni adaların yaradılmasına qarşı çıxış etsə, müharibə qaçılmaz olacaq.

ABŞ-ın Sakit okean donanmasının komandanı admiral Harris cavabında bildirdi ki, bu münaqişə biznesə zərər vurmamalıdır. Yaponiya da daxil olmaqla konfransa qatılan ölkələr amerikalıların gerçək şəkildə çin ekspansionizminə qarşı çıxmaq niyyətinə şübhə etdiyini gizlətmirdi. Düzdür, hər kəs birinci növbədə öz maraqlarını qorumaq haqqına malikdir, lakin “iki ölkə-iki standart” prinsipinin bu cür açıq şəkildə tətbiqi, heç şübhəsiz, Ağ Evin imicinə xeyir gətirmir.

Livio Kaputo

Il Giornale“, 3.06.2015