XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

04 İyun 2015 - 10:50

Rotşildlər ailəsi III Dünya savaşı törətməyə çalışır – Təhlil

Ən kəskin qarşıdurma məhz Dünya okeanında müşahidə olunur

çoxlarının Rotşildlərin bankir evinin oyuncağı saydığı məşhur maliyyə möhtəkiri Corc Soros ABŞ-la çin arasında qızışa biləcək, qaçılmaz III Dünya Savaşı haqda xəbərdarlıq edib.

Rəvayətə görə, özünün böyük sərvətini Vaterloo döyüşündə toplamış Rotşildlər ailəsi ilə bağlı olan dünyanın bütün təbliğat maşını daim üçüncü dünya savaşının labüdlüyündən danışır.

Bir çox müharibələrdən salamat keşmiş Rotşildlər ailəsi niyə canlanıb? Güman ki, Obama ilə RF prezidenti Vladimir Putinin ehtimal olunan barışığı buna səbəb olub. ümumdünya bankında baş tutmuş və Bretton-Vud sazişinə həsr edilmiş konfransda Soros bildirdi ki, müharibə çin iqtisadiyyatının sağlamlığından – iqtisadiyyatın ixracatdan daxili istehlaka dəyişdirilməsi baş verməzsə, öz hakimiyyətini və ölkənin birliyini qoruyub saxlamaq xatirinə ölkə rəhbərliyinin xarici münaqişə törətməyindən asılıdır.

Soros 483 ildən sonra Makiavellinin mahiyyətcə ABŞ-ın Yaponiya kimi hərbi müttəfiqi ilə çin arasında münaqişə halında üçüncü dünya müharibəsinin astanasında olduğumuz ehtimalının tamamilə uyğun olması ifadəsini təkrar edir.

Bu tələsik iddianı Cimmi Karterin dönəmində milli təhlükəsizlik məsələləri üzrə müşavir işləmiş, indi isə Obamanın yaxınlarından olan Zbiqnev Bjezinski yalana çıxardı və bildirdi ki, ABŞ Yaponiyaya görə çinlə müharibəyə girişməməlidir.

Si Szinpinuin Vaşinqtona tarixi səfərinə üç ay qalmış Qərbin maliyyə dairələri hər cür üsullarla çalışırdı ki, çini qorxutsun – xüsusən onun Rusiya ilə strateji yaxınlaşmasından sonra (o, Rusiyanın hərbi müttəfiqi olarmı?)

Soros bilərəkdən çinin (129,4 mlyard dollar) və Rusiyanın (70 milyard dollar) artan hərbi xərcləri haqda məlumatları şişirdir. Strateji Araşdırmalar İnstitutnun (Böyük Britaniya) hesablamasına görə, iki ölkənin birgə hərbi büdcəsi ABŞ hərbi büdcəsinin 34, 2%-ini (581 milyard dollar) təşkil edir. Bununla bağlı qeyd etmək maraqlı olardı ki, ABŞ və Böyük Britaniyanın silahla doldurduğu Səudiyyə Ərəbistanı hərbi ehtiyaclara Rusiyadan çox, yəni 80,8 milyard dollar sərf edir. Rotşildlərlə birlikdə Ukraynada məğlub olmuş Soros sonradan-sonraya ABŞ-a tövsiyə etdi ki, yuan dollar, avro, funt sterlinq və yapon iyeni ilə birlikdə dünya valyutalarından biri olsun.

Soros hesab edir ki, yuanın dünya valyutaları zənbilinə daxil edilməsi çinin xeyli güzəştə geməsinə və öz iqtisadiyyatında Qərb dünyasının normalarına uyğun olaraq islahat aparmasına səbəb olacaq.

Rotşildlərin öləziyən bankirlər sülaləsi – nüfuzunu itirən Böyük Britaniya kimi – söhbətcil təmsilçisi Sorosun vasitəsilə çini maliyyə-hüquq tələsinə şirnikləndirmək istəyir. çin isə onun iqtisadiyyatına dəxli olan hər hansı bir şərtə qətiyyən razılaşmamalıdır. Xüsusən də insan haqları sahəsində hər hansı bir öhdəliklə bağlı.

Qərb öz evində insan haqlarına əməl etməyi deyil, bu haqda mühakimə yürütməyi xoşlayır.

Sorosun hesab etdiyi kimi, əgər yuan dünya valyutası olsa, onda iki sistem arasında əlaqənin yaranmasına xidmət edəcək. Obama yuanın qaçılmaz şəkildə BVF-nin özəl vəsaitlər zənbilinə qatılmasına görə hansı qiyməti ödəməyə hazır olacaq? çinin Rusiya ilə münasibətlərinin zəifləməsi hesabına? Lakin bu, həddindən artıq ucuzdur!

Böyük Britaniya Vaşinqtonun aşkar narazılığına baxmayaraq, Asiya infrastruktur dəyişiklikləri Bankına (AİİB) qoşulmaq qərarı verməklə artıq ABŞ-ı bir kənara qoyub. Bu arada Britaniyanın ən böyük bankı HSBC özünün baş ofisini Londondan Honqkonqa köçürtmək barədə düşünür.

Rotşildlər bankir ailəsinin Rokfellerlərdən daha məkrli olan Britaniya qanadı Atlantikanın o biri sahilində ABŞ-ın maraqlarına zidd olaraq çinlə gizli oyunlar aparır. Həm də Rotşildlər və Soros çinlə pərdəarxası danışıqlar aparırlarsa, onda ABŞ-da qalmış iki peşəkar siyasətçi – Kissincer (Rokfellerlərlə bağlıdır) və Bjezinski çinlə açıq oyunlar oynayırlar. Onlar bütün dünyanı özünə tabe edib təsir dairələrinə böləcək hansısa mifik, böyük ikilik (ABŞ və çin) haqda nağıllarla çini hər yolla Rusiyadan uzaqlaşdırmağa cəhd edirlər.

Bütün günahlarına baxmayaraq, islaholunmaz rusxoflu, 86 yaşlı Zbiqnev Bjezinskidənsə Kissincer 91 yaşında daha əlverişli vəziyyətdədir. çünki heç vaxt Rusiya haqqında pis danışmayıb. Halbuki Bjezinski Debaltsovodan tutmuş Soçiyə qədər bütün cəbhələrdə həqarətli məğlubiyyətlərə uğrayıb.

Soros hesab edir ki, yuanın özəl borc hüququ zənbilinə daxil edilməsi barədə ABŞ-la çin arasında müqavilənin olmaması halında çox ciddi çin-Rusiya siyasi-hərbi yaxınlaşması təhlükəsi var və o zaman üçüncü dünya müharibəsi təhlükəsi tamamilə gerçək olar.

Bu arada çinlilər də əllərini yanlarına qoyub oturmayıblar və çin milli-azadlıq ordusunun Milli Müdafiə Universitetinin professoru Han Syudonqun dediyi kimi, hadisələrin istənilən dönüşünə, o cümlədən Ukrayna böhranı fonunda Rusiya ilə ABŞ arasında nüvə müharibəsinə də hazırdırlar.

Han Syudonq qeyd edir ki, Ukrayna böhranı dərinləşdikcə beynəlxalq icmalçılar ABŞ-la Rusiya arasında bütün dünyaya yayıla biləcək birbaşa hərbi toqquşmanın mümkünlüyü haqda daha çox narahatlıqla danışırlar. Bu isə artıq dünya müharibəsidir.

Amerika admiralı Alfred Tayer Mehenin geopolitik baxışı və hərbi dəniz qüdrəti konsepsiyasını nəzərə alan professor Han Syudonq əmindir ki, Güney çin dənizindəki mübahisəli adalarla bağlı ABŞ-çin münasibətlərində bu yaxınlarda baş vermiş gərginlik dünya müharibəsinin başlanması ehtimalını ehtiva edir.

Hərbi ekspert bu qənaətə gəlir ki, ən kəskin qarşıdurma məhz Dünya okeanında – Arktika, Hind və Sakit okeanlarında müşahidə olunur və bu səbəbdən üçüncü dünya müharibəsi məhz orada – akvatoriya üzərində nəzarət uğrunda mübarizə ilə başlaya bilər.

O hesab edir ki, ABŞ getdikcə daha çox dərəcədə çinin dəniz məkanından kənara çıxan maraqlarını təhdid edir və bununla bağlı olaraq üçüncü dünya müharibəsinin başlanacağı ehtimalından çıxış etməklə hərbi quruculuğa başlamağı tövsiyə edir.

“Global Times” xəbərdarlıq edir ki, Vaşinqton çinin Güney çin dənizində süni adalar tikintisini saxlaması barədə tələblər irəli sürməyi dayandırmasa, ABŞ-la çin arasında müharibə qaçılmaz olacaq. Rusiya da hesab edir ki, “ABŞ gəmilərinin Güney çi
n dənizində olması ABŞ-la çin arasında müharibəyə keçə bilər”.

Ən faciəlisi bundan ibarətdir ki, Rusiya, çin və ABŞ Vaterloo yaxınlığındakı döyüşdən 200 il sonra Rotşildlərin maliyyə tələsinə düşə bilər.

Alfredo Xalife-Rahme

“La Jornada” (Meksika), 04.06.2015