XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

05 İyun 2015 - 08:26

Xomeyninin ölüm anını göstərən nadir kadrlar- VİDEO

xomeyni xeste.jpg

İran İslam İnqilabının rəhbəri olmuş Ruhulla Müsəvi Xomeyninin vəfatı günüdür. İranda bu təqvimlə bağlı geniş tədbirlər keçirlir.

1988-ci ilin iyun ayının 4-də 87 yaşında dünyasını dəyişən Xomeyni Pəhləvi rejimini yıxmaqla İranda islam respublikasının təməlini qoyub.

Strateq.az Xomeynin ölümdən əvvəlki son dəqiqələrini əks etdirən videonu oxuculara təqdim edir. Bu videokadrlarda Xomeyni xəstəxana çarpayısında əks olunub. İslam inqilabının lideri ölümdən əvvəlki bir neçə gündə əhvalı yaxşı görünür. O, zarafat edir, qəzet oxuyur, telefona cavab verir. Köməkçilərinin köməyi ilə namaz qılır.

Daha sonrakı kadrlarda Xomeyninin artıq son dəqiqələri göstərilir. Otaqda çarpayını əhatə edənlər Xomeyinin son nəfəsinə şahidlik edir. Həkim öülm faktını elan edən kimi hamı ağlaşaraq çarpayıya doğru qaçır və artyıq dünyasını dəyişmiş Xomeynini əlindən, üzündən öpürlər..