XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

05 İyun 2015 - 10:49

Obamanın saray yəhudiləri – Təhlil

Bu günlərdə İkinci telekanalla yayınlanan “Uvda” (“Fakt”) proqramı göstərdi ki, seçkilər çoxdan qurtarsa da, bu jurnalistlər hələ də hakimiyyətin dəyişilməsi uğrunda mübarizəni dayandırmayıblar. Telekanalın davranışından elə görünür ki, sanki seçkiqabağı kampaniyanın hələ də qızğın vaxtıdır və baş naziri ABŞ prezidenti Barak Obamanın höcət düşməni və İsrail dövlətinin həyat önəmli maraqlarının düşməni kimi qələmə vermək lazımdır. Gerçəklikdən uzaq, hiyləgər və əsassız ittihamdır. İsrail vətəndaşları əla başa düşürlər ki, Barak Obama hakimiyyətə gələndən dərhal sonra israillilərin ziyanına olaraq müsəlmanlara əl uzatmağa üstünlük verdi. O, Ağ Evdə olduğu bütün illər ərzində bu ruhda fəaliyyəti davam etdirdi və İsrailin kürəyi arxasından İranla təhlükəli saziş bağlamağa cəhd edərək bu gün də davam etdirir.

Obama antisemit və İsrailin düşməni deyil. Onun problemi – saray yəhudiləridir. Bu yəhudilər onu İsraildə yad iradəyə tabe olmaqdan imtina edən sağçı hökumətin təhlükəli olduğuna inandırıblar. Onlar prezidentə deyirlər ki, Haim Saban və Şimon Peresin əmrlərini itaətlə yerinə yetirən solçu hökumət daha yaxşıdır.

Yəhudi diasporunun bütün tarixi boyunca həmişə “saray yəhudiləri” rütbəsinə layiq olan adamlar tapılıb. Krallar, şahzadələr, qraflar, knyazlar onların istedadına lazımınca qiymət verib və yəhudiləri sarayda işə götürüblər. Bu agentlər daha çox monarxların maliyyə məsələləri ilə məşğul olub, həmçinin çox vaxt məxfi siyasi tapşırıqları icra ediblər. Saray yəhudiləri böyük ağalarına şərəflə xidmət ediblər. Onlar ikiqat qanunpərəstlikdə qınanmaqdan yayınmaq üçün böyük ağa ilə yəhudi icması arasında seçim etməli olur və həmişə inam və vicdanla xidmət etdikləri şahzadəyə loyallığı seçirdilər.

Bizim günümüzdə saray yəhudisi vəzifəsi ləğv edilib. Onun əvəzinə müşavir və məsləhətçi vəzifəsi müəyyən olunub. ABŞ prezidenti Barak Obama Ağ Evdə, Dövlət Departamentində, KİV-də, qeyri-hökumət təşkilatlarında və xarici səfirliklərdə yəhudi müşavirlərin çoxsaylı ordusu ilə əhatə olunub. Bütün yəhudi müşavirlərin bir ümumi özəlliyi var – solçu liberal dünyagörüşü. Onlar birinci növbədə Amerika maraqlarına sadiqdirlər və onları bunda ittiha etmək olmaz. çünki maaşa, status və sayğıya görə Amerika vergi ödəyicilərinin puluna borcludurlar.

Bu müşavirlərin özləri hesab edirlər ki, İsraildə düzgün qərar qəbul etmək halında olmayan primitiv sürü məskunlaşıb. Onlara qədərki bir çoxları kimi israilliləri özlərindən xilas etmək istəyirlər. Düzdür, onlar mühüm bir məqama etinasız yanaşırlar: bütün dünyadan Obama müşavirlərinin və İsrailin solçu dairələrinin sırımağa çalışdığı malları almaqdan imtna edən müdrik yəhudilər İsrailə yığışıblar. Yəhudilər sürgündən vətənə qayıdıblar ki, yenidən tarixin müstəqil tərkib hissəsi olsunlar və öz talelərini yenidən başqasının əlinə tapşırmasınlar.

Amerikalı müşavirlər bu gün onları işə götürən Barak Obamanın buraxacağı miras üzərində inadla işləyirlər. İkinci müddətinin sonuna doğru tamamailə aydın oldu ki, o, müasir dövrdə Amerikanın ən zəif prezidentlərindən biridir. Dönəmində ABŞ-ın nüfuzlu dövlətdən kağız pələngə çevrildiyi prezidentdir. Dünyanın ən qüdrətli dövləti çarəsiz-çarəsiz ancaq pulemyotlarla silahlanmış bir ovuc fanatikə baxır. Yaxın Şərq müdhiş hərc-mərcliyə qərq olub, Avropa islamçıların zərbələri altında titrəyir, Ukrayna od içindədir, ABŞ prezidenti və onun müşavirləri isə müstəsna şəkildə məzlum fələstinlilərlə məşğuldurlar. Benyamin Netanyahu Barak Obama irsinin daha da möhkəmlənməsi üçün əngəl oldu. O, Davudun Holiafa qarşı durduğu kimi durub bütün kilsə zənglərini çalır və nüvə silahlı terrorçu dövlətin meydana çıxması təhlükəsi haqda xəbərdarlıq edir. İranın nüvə obyektlərinin təftişindən necə imtina etdiyini bütün dünya eşidir, lakin Obama sərsəm siyasətini davam etdirir – həm də artıq ikinci dəfə. Birinci belə addım Misirdəki islamçı “Müsəlman qardaşlar” hərəkatına qeydsiz-şərtsiz dəstək idi. Obamanın yəhudi müşavirləri qulaqlarını tıxırlar ki, xəbərdarlıqları eşitməsinlər. Bu səs onlara mane olur. Qaldırılmış məsələləri müzakirə etmək əvəzinə çalışırlar ki, israilliləri hisslərə tabe olan irrasional adamlar kimi təqdim etsinlər.

Yəhudilər tarix boyu rasionalizmə görə uzun müddət bədəl ödəyiblər. ABŞ siyasətlə deyil, xırda qisasla məşğul olur. Barak Obama liderlik və qüvvə nümayiş etdirmək əvəzinə ikinci telekanala müsahibə verir ki, İsrailin qanuni seçilmiş baş nazirini təpikləsin. Axı amerikalılara digər ölkələrin daxili işlərinə qarışmaq olar. Bu, qalan hamıya yasaq olunub, onlara isə olar.

Haim Şeyn

“Israel Hayom” (İsrail), 05.06.2015