XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

06 İyun 2015 - 05:42

Adil Qəribov istefaya məcbur edilir – 10 minlik dissertasiya qalmaqalı

adil qeribov.jpg

Yeni yaradılan “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Adil Qəribov çətin duruma düşüb.

Bu barədə Strateq.az-a məlumatı Azərbaycan Milli Elmlər Akademiyasındakı mənbə verib. Saytımıza danışan mənbə bildirir ki, Adil Qəribovun iki vəzifə daşıması AMEA-nın tərkibində fəaliyyət göstərən Radiasiya İnstitunun elmi kollektivi tərəfindən etirazla qarşılanıb. Xatırladaq ki, Adil Qəribov yeni yaradılan Milli Nüvə Tədqiqatları Mərkəzinə rəhbər təyin edilsə də, hələ də Radiasiya İnstitunun direktoru vəzifəsindən istefa verməyib və narazılığı doğuran başlıca səbəb məhz bununla izah olunur. Mənbənin dediyinə görə, artıq başqa bir dövlət qurumunun çətiri altında fəaliyyət göstərən Adil Qəribova AMEA-nın prezidenti Akif Əlizadənin də münasibəti yaxşı deyil: “Bilirsiniz ki, Adil Qəribovun tutduğu yeni vəzifənin AMEA-ya heç bir aidiyyəti yoxdur. Onun rəhbərlik etdiyi qurum Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə tabedir. Radiasiya İnstitunda keçirilən son iclasda əməkdaşlar Adil Qəribovdan istefa verməsini tələb edib. Hətta ona institutun pullarını şəxsi məqsədlər üçün xərclədiyi ilə bağlı iradlar bildirilib. İradlardan biri Adil Qəribovun həmin institutda çalışan və hazırda BDU-nun tələbəsi olan Aydan Qəribli adlı qızı ilə bağlıdır”.

Mənbənin dediyinə görə, Radiasiya İnstitutunda pulun olmadığını deyən Adil Qəribov öz qızının dissertasiya işlərinin görülməsini Sloveniyada təşkil edib və bu məqsədlə institutun büdcəsindən 10 min manata yaxın pul ayrılıb: “Həm AMEA rəhbərliyinin, həm də kollektivin təzyiqlərini neytrlaşdıra bilməyən Adil Qəribov Radiasiya İnstitundan istefa vermək üçün vaxt istəyib. Yəqin ki, yaxın günlərdə onun istefası rəsmiləşdiriləcək”.

Adil Qəribovla əlaqə saxlamaq cəhdlərimiz alınmadı. Onun fikirlərinə yer verməyə hazırıq.

Strateq.az