XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

07 İyun 2015 - 10:33

“Böyük 7-lik” ölkələrinin qərarları necə olacaq?- Təhlil

G_7_1.JPG

Bu gün Almaniyanın Bavariya əyalətinin Qarmiş-Partenkrixen dağlıq kurot zonasında yerləşən Elmau qəsrində “Böyük 7-lik” ölkələrinin (ABŞ, Fransa, Britaniya, Almaniya, Kanada, İtaliya və Yaponiya) sammiti öz işinə başlayıb. Sammitdə ABŞ-ı prezident Barak Obama, Fransanı prezident Fransua Olland, Britaniyanı baş nazir Devid Kemeron, Almaniyanı federal kansler Angela Merkel, İtaliyanı baş nazir Matteo Rentsi, Kanadanı baş nazir Stiven Harper, Yaponiyanı baş nazir Sindzo Abe təmsil edir

“Böyük 7-lik” ölkələrinin müzakirə edəcəyi məsələlər

Qərb mətbuatında qısa olaraq G7 adlandırılan “Böyük 7-lik” ölkələrinin illik sammitinin keçirilməsi ənənəsinin əsası 1973-cü ildən qoyulub. O zaman ABŞ, Fransa, Yaponiya, Almaniya, Britaniyanın maliyyəçiləri bir araya gəliblər. 1986-cı ildən etibarən isə bu qrupa İtaliya və Kanada qoşulub. Maliyyə nazirlərinin toplantılarını tədricən ölkə rəhbərlərinin başçılığı ilə nümayəndə heyətlərinin görüşləri əvəz edib. Dövlət başçıları ənənəyə uyğun olaraq özləri qeyri-rəsmi formatda müzakirələr aparırlar. Qəbul edilən qərarlar iştirakçı ölkələr üçün məcburi xarakter daşımasa da, dünya miqyasında siyasətin formalaşmasında əsas oriyentr rolunu oyanayır. 1998-ci ildən etibarən Ruisya da bu kluba qəbul edilmişdi və artıq “Böyük 8-lik” yaranmışdı. Rusiya tərəfindən Krimın ilhaqından sonra bu dəfə G7 üzvləri Moskvanı dəvət etməyə ehtiyac göməyiblər. Ənənəyə uyğun olaraq, formal da olsa, sammitin gündəliyi ev sahibi ölkə tərəfindən məyyənləşdirilir və razılaşdırılır.

“Böyük 7-lik” ölkələrinin bu dəfəki sammitinin əsas mövzuları Rusiya ilə münasibətlərin perspektivi və Yaxın Şərqdəki vəziyyət, İranla münasibətlər, İraqın taleyi, İŞİD-ə qarşı mübarizədir. Almaniya, həmçinin səhiyyə, ətraf mühit, qlobal borc probleminin müzakirəsini təklif edib.

Rusiya ilə münasibətlərin gələcəyi necə olacaq?

Ekspertlər “Böyük 7-lik” ölkələrinin sammitinin son 16 ildə ilk dəfədir ki, Rusiyanın iştirakı olmadan keçirildiyinə diqqət çəkərək, dünyadakı proseslərə həlledici təsir etmək gücündə olan bu dövlətlərin çox əhəmiyyətli və çətin qərarlar qəbul etməli olacaqlarını vurğulayırlar. Bu, ilk növbədə Rusiya ilə münasibətlərin xarakteri, Ukrayna böhranına yanaşma ilə bağlıdır. Artıq Rusiyaya qarşı sanksiyaların qüvvədə qalmasının dəstəklənəcəyi barədə anons verilib. Bu məsələdə ilk baxışda həmrəylik müşahidə olunur. Şübhəsiz ki, belə bir qərar da elan olunacaq. Amma Rusiyaya qarşı münasibət məsələsində hər şey göründüyü kimi sadə deyil. Avropa İttifaqı ölkələri ilə ABŞ-ın yanaşması fərqlənir və gün kecdikcə bunu gizlətmək daha da çətinləşir. Fransa, İtaliya və Almaniya üçün yaxın perspektivdə Rusiya ilə münasibətlərə aydınlıq gətirilməsi olduqca mühüm məsələdir. Bu ölkələrin rəhbərliyi səviyyəsində Moskvaya qarşı sərt siyasət yürüdülməsi yanaşmasının dəstəklənməsi ilə bağlı açıq bəyanatlar verilsə də, ABŞ-la həmrəylik nümayiş olunsa da, detallarla bağlı ciddi fikir ayrılıqlarının olması sir deyil. Bu baxımdan çox gərgin müzakirələrin aparılacağını söyləmək olar.

İŞİD-lə bağlı isə tamamilə qeyri-müəyyən vəziyyət yaranıb: ABŞ-ın müəyyən mesajlar verəcəyi gözlənilir

İraqın taleyi, İranla münaisbətlər, İŞİD-ə qarşı mübarizə ilə bağlı da çox əhəmiyyətli müzakirələr aparılacağı və qərarlar qəbul ediləcəyi gözlənilir. Bu məsələlərdə də ABŞ-la Avropa İttifaqının yanaşmasında ziddiyyətlər var. Vaşinqtonda Avropa İttifaqını bu məsələlərin nizamlanmasına daha fəal cəlb etməkdə maraqlıdırlar. Avropa ölkələri isə əksinə mümkün qədər uzaq durmağa, bütün məsuliyyətin ABŞ-ın öz üzərinə götürməsinə çalışırlar.

İŞİD-lə bağlı isə tamamilə qeyri-müəyyən vəziyyət yaranıb. Vaşinqtonda demək olar ki, hər gün sözdə İŞİD-ə qarşı ən sərt tədbirlərdən söz açsalar da, faktiki olaraq əməli addımlar gözə dəymir. Avropa ölkələri isə Vaşinqtondan aydın siqnallar gözləyirlər. Eyni zamanda belə qənaətə gəlmək olur ki, Avropa ölkələri üçün Vaşinqtonun Yaxın Şərq siyasəti tam anlaşılan deyil və onlar amerikalıların tərəfdaşlarının da mövqeyini nəzərə almasını istəyirlər.

Sammitdə səslənəcək açıqlamalar, bəyanatlar ABŞ-ın Yaxın Şərq siyasətinin konturları bərədə müəyyən qənaətə gəlmək baxımından əhəmiyyəli olacaq. çətin ki, ABŞ Yaxın Şərq siyasəti iıə bağlı bütün kartları açsın. Amma hər halda Vaşinqton təmsilçilərinin müəyyən ip ucları verəcəyini təxmin etmək olar.

ABŞ-ın mövqeyi və gözləntilər

ABŞ preizdenti Barak Obmanın əsas vəzifəsi də Rusiya əleyhinə koalisiyanı saxlamaq, Avropada müşahidə olunan fikir ayrılıqlarına son qoymaq və Brüsselin, xüsusən Almaniyanın Yaxın Şərqdəki proseslərə daha fəal cəlb olunmasına nail olmaqdır.

Ekspertlər hesab edirlər ki, hələlil Rusiyaya qarşı birlik nümayişi baş versə də, Avropa ölkələri Vaşinqtondan yaxın perspektiv üçün aydın baxış ortaya qoymasını tələb edəcəklər. Yaxın Şərq siyasəti ilə bağlı isə Avropa ölkələrinin gözləmə mövqeyi davam edəcək. Yaponiya və Kanada isəŞ faktiki olaraq, bu məsələlərdə ABŞ-ın mövqeyini, liderliyini qəbul edən kiçik tərəfdaşlar kimi çıxış edəcəklər.

Zaur İbrahimli

Strateq.az