XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

08 İyun 2015 - 05:28

İŞİD Ərəbistan yarımadasını tutmaq niyyətindədir – Təhlil

Mayın 22-də Səudiyyə Ərəbistanının Katif əyalətindəki İmam Əli məscidində cümə namazı vaxtı terrorçu kamikadze özünü partlatdı. Kamikadze Səudiyyənin İŞİD-in üzvü olan vətəndaşı idi. Terakt nəticəsində 20-dən artıq adam həlak oldu və 100-dən çoxu yaralandı. Bu, İŞİD-in Səudiyyə ərazisində həyata keçirdiyi bu cür ilk terakt idi. İŞİD bu terakt vasitəsilə öz imkanlarını sərgiləmək və həm düşmənlərində, həm də tərəfdarlarında təəssürat buraxmaq, eyni zamanda Səudiyyə hökumətinin terror təhlükəsi qarşısında heç nə edə bilməyəcəyini planlaşdırmışdı. Paralel olaraq sosial şəbəkələrdə kütləvi təbliğat aparmaqla ideyaların yayılması üçün bu vasitənin üzərində hakimiyyəti ələ keçirtməyə cəhd göstərilir. Bu addım həmçinin onu göstərir ki, İŞİD öz məqsədinin – ümumdünya xilafəti yaratmaq ideyasının gerçəkləşməsində terroru önəmli üsul kimi tətbiq etməyi davam etdirir.

İŞİD terrorunun Ərəbistan yarımadasına yayılması çox da yeni hadisə deyil. Terrorçular bu ilin martında Yəməndə iki şiə məscidində ikiqat terror aktı həyata keçirtdilər. Nəticədə 140-a qədər adam həlak oldu. İŞİD yaraqlıları Səudiyyədə şiə vətəndaşlara, güc strukturlarının əməkdaşlarına və krallıqda işləyən əcnəbilərə bir neçə dəfə atəş açıblar. Hələ keçən il öz çıxışlarında Səudiyyənin liderlərini “ilanın başı” adlandırmış və tərəfdarlarını terakt keçirtməyə çağırmış İŞİD başçısı Əbu Bəkr əl-Bağdadinin təhdidlərini də buna əlavə etmək lazımdır. O, bu ilin mayında Səudiyyə Ərəbistanını səlibçilər, yəhudilər və şiələrlə əməkdaşlığa görə tənqid etdiyi çıxışında bu haqda az danışdı.

Bu arada Səudiyyədə sonuncusu apreldə baş tutmuş həbslər dalğası baş qaldırdı. O vaxt əksəriyyəti Səudiyyə vətəndaşı olan, İŞİD və “Cund əl-Bələd əl-Həramayn” (İki Müqəddəs Ocaq ölkəsinin, yəni Səudiyyənin ordusu) qruplaşmasının fəaliyyətinə dəxli olmaqda şübhəli bilinən yüzdən çox adam həbs edildi. Bu və başqa tədbirlərə baxmayaraq, krallıq hökuməti şiə məscidindəki teraktın qabağını ala bilmədi. Şiə məscidinin terakt hədəfi kimi seçilməsi İŞİD-in strategiysına uyğundur və eyni anda iki məqsədə çatmağı hədəfləyir: İŞİD-in kafir və kollaborasionist (müstəmləkəçilərlə əməkdaşlıq edən yerli sakinlər-red.) hesab etdiyi və başlıca düşmən kimi gördüyü şiə əhalisinə zərbə vurmaq. İkinci məqsəd – bu gün İŞİD-lə mübarizə üçün birləşən ərəb ölkələrinin lideri olmuş Səudiyyə Ərəbistanında sabitliyi pozmaqdır.

İŞİD Səudiyyə şiələrinə hücum etməklə krallıqdakı müxtəlif təriqətlərin təmsilçiləri arasında münaqişəni qızışdırmaq niyyətindədir. Terakt Səudiyyənin Yəməndəki şiə husilərin və onların iranlı qəyyumlarının qiyamının qabağını almaq üçün apardığı əməliyyatın fonunda keçirilib. Əməliyyatın özü din qardaşlarının onların ölkələri tərəfindən hücuma məruz qaldığını görən Səudiyyə şiələrində ziddiyyətli hisslər doğurur. Bunu da əlavə etmək lazımdır ki, Səudiyyə şiələri həmişə ayrı-seçkiliyə məruz qalıblar. Onlar bu gün təkcə özlərini ölkənin ikinci növ vətəndaşı hiss etmirlər, həm də görürlər ki, dövlət onların təhlükəsizliyinin təminatı üçün yetərincə tədbirlər görmür.

İŞİD bu gün yeni işğallar aparır – İraqda Ramadi və Suriyada Palmira xilafət tərəfdarlarının əlinə keçib. “İslam Dövləti” onunla döyüşən beynəlxalq koalisiyaya qatılan ərəb ölkələrindən qisas alan qalibin obrazını bərpa etməyə cəhd edir. Bu straregiya çərçivəsində Səudiyyə Ərəbistanı və Yəməndə teraktlar həyata keçirdir. Teraktlar həm də İŞİD-in indiki anda resurslar qıtlığı üzündən həyata keçirə bilmədiyi hərbi müdaxilənin əlamətidir. Sosial şəbəkələrdəki təbliğat teraktların informasiya effektini gücləndirmək və qruplaşmanın Ərəbistan yarımadasındakı varlığı haqda düşüncəni ictimai şüurda möhkəmləndirmək üçün nəzərdə tutulub. Əl-Bağdadi bununla bölgədəki tərəfdarlarının inamını gücləndirməyə və onları İŞİD-in qara bayrağının altına çəkməyə ümid edir.

Yoram Şvitser – Milli Təhlükəsizlik İnstitutnda (İsrail) terrorun araşdırılması layihəsinin rəhbəri

Smadar Şaul

“Israel Hayom” (İsrail), 06.06.2015