XƏBƏR LENTİ

06 Avqust 2020
05 Avqust 2020

Digər Xəbərlər

08 İyun 2015 - 06:38

MHP liderindən koalisyon hökumət açıqlaması: “Qoy, erkən seçki olsun”
Türkiyədə keçirilən seçkilərdə 3-cü yeri qazanmış Millətçi Hərəkat Partiyasının sədri Dövlət Bahçeli AKP ilə koalisyon hökumət qurmaq istəmədiklərini bildirib.
Strateq.az Avropa.info-ya istinadən xəbər verir ki, seçki nəticələrini dəyərləndirən Bahçeli, prezident Ərdoğanın belə bir durumda baş nazir Davudoğluna yeni hökumətin qurulması üçün tapşırıq verməsi lazım olduğunu deyib.
Bahçeli kürd problemi ilə bağlı həll prosesinə qarşı olduqları üçün, AKP ilə koalisiya ortağı olmaq istəmədiklərini söyləyib. MHP lideri koalisiyanın AKP ilə HDP arasında qurulmasının daha uyğun olacağını deyib. O, həmçinin ikinci variant kimi AKP-CHP-HDP koalisiyasını təklif edib: “Belə bir durumda MHP ana müxalifət missiyasını almağa hazırdır. Alınmazsa, qoy erkən seçki olsun”.