XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

08 İyun 2015 - 08:24

“Kürdlərin lideri riskə getdi və qazandı…” – Elxan Şahinoğlu

“Xalqların Demokratiya Partiyasının (HDP) lideri Səlahəddin Dəmirtaşı bəyənək və ya bəyənməyək, bu siyasətçi çox uğurlu seçki kampaniyası həyata keçirdi və seçkinin əsas qailibi odur”.

Strateq.az xəbər verir ki, bunu siyası ekspert Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, 2011-ci il parlament seçkilərində kürdlərin partiyası toplam 6 faiz səs toplamışdı və parlamentə müstəqil deputatlar kimi qatılıb qrup formalaşdırmışdılar:

“Bu dəfə isə səslərini ikiqat artıraraq həm partiya kimi parlamentə düşdülər, həm də millət vəkillərinin sayı 44 nəfər artdı. Dəmirtaş prezident seçkisinə ona görə qatılmışdı ki, gələcək parlament seçkisində partiyasının 10 faizlik həddi keçib-keçməyəcəyini yoxlasın. Dəmirtaş prezident seçkisində 9.76 faiz səs toplamışdı. Bu nəticə Dəmirtaşa seçkiyə partiya kimi qatılmağa həvəsləndirdi, risq idi, çünki 10 faizin altında qalsaydı parlamentdə 1 millət vəkili belə olmayacaqdı. Risqə getdi və 80 millət vəkili yeri qazandı”.

Strateq.az