XƏBƏR LENTİ

06 Avqust 2020
05 Avqust 2020

Digər Xəbərlər

08 İyun 2015 - 13:18

Azərbaycanda qiymətlər artacaq- Beynəlxalq Valyuta Fondundan proqnoz

qiymet.jpg

Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycan iqtisadiyyatı üzrə artım proqnozunu yüksəldib. Bir müddət əvvəl 2015-ci ildə Azərbaycan iqtisadiyyatının 0,6% artacağını proqnozlaşdıran BVF yeni qiymətləndirmə nəticəsində proqnozunu 1,8%-ə yüksəldib

“Marja”nın məlumatına görə, bunu Bakıda keçirdiyi mətbuat konfransında Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Raca Əl-Marzoqi bildirib ki, proqnozun artırılmasına bu ilin yanvar-aprel aylarında Azərbaycanın üDM-nin artımında faltiki artımın yüksək olması təsir göstərib:

“2015-ci üldə Azərbaycan iqtisadiyyatının 1,8%, qeyri-neft sektorunun isə 3,5% artacağını gözləyirik. Faktiki məlumatlara baxsaq, yanvar-aprel aylarında qeyri-neft sektorunun artımı 6,6% təşkil etmişdir. Ona görə də, bütövlükdə artım proqnozumuzu 1,8%-ə yüksəltmişik”.

Raca Əl-Marzoqi qeyd edib ki, BVF 2015-ci ilin sonuna doğru Azərbaycanda qiymətlərin artacağını gözləyir.

“İnflyasiya dərəcəsini 8,5% civarında görürük”,- o deyib. Missiyanın rəhbəri qeyd edib ki, üDM-də artım əsasən “Şahdəniz” layihəsinə edilən yatırımlar sayəsində olacaqdır.

Raca Əl-Marzoqi bildirib ki, 2014-cu ilin sonlarından Azərbaycan iqtisadiyyatı bir sıra şoklara məruz qalıb: “Birincisi, neftin qiymətinin düşməsi, ikincisi dolların möhkəmlənməsi, üçüncüsü isə Rusiyada daxil olmaqla region ölkələrinin valyutalarının devalvasiyaya məruz qalması idi. Bildiyimiz kimi Azərbaycan valyutası da dəyərinin üçdən birini itirdi. Devalvasiya nəticəsində dövlət xərclərinə ciddi yanaşdı, dövlət xərcləri azaldıldı. Zənnimizcə ölkədə işgüzar mühit yaxşılaşarsa, korrupsiya ilə mübarizə tədbirləri daha səmərləi qaydada aparılarsa, gömrüklə bağlı islahatlar həyata keçirilərsə devalvasiya Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərə bilər. Devalvasiya iqtisadiyyatın rəqabət gücünü artırır. Eyni zamanda özəl sektorda valyutya və iqtisadiyyata olan etibarı sarsırdır”.

Strateq.az