XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

08 İyun 2015 - 13:43

Azərbaycanlı səfir: “ABŞ-ın Azərbaycana ehtiyacı var”

elin.jpg

«Birləşmiş Ştatların yeni İpək Yolu qovşağı kimi Azərbaycana niyə ehtiyacı var?». «Global Post» Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun belə bir başlıqlı məqaləsini dərc edib. Bu barədə “Azadlıq” radiosu məlumat yayıb.

«Qədim İpək Yolu Asiyadan Avropaya dəyərli mallar, ideyalar və informasiya, kağız, barıt ixtiraları gətirib… İndi dünya və regional liderlər yeni İpək Yolu planı qurublar. Bu yol təkcə yollar deyil, kəmərlər, kabel xətləri, aeroportlar və limanlardan ibarətdir», – səfir yazır. O, həmin ticarət və mədəni mübadilə dəhlizi boyunca yerləşən ölkələrin iqtisadi və siyasi faydalar götürəcəklərini qeyd edir.

Elin Süleymanov Rusiya və İranın Qafqaz və Orta Asiyada nüfuzunu genişləndirdiyini vurğulayır:

«Bu region Birləşmiş Ştatlar və müttəfiqləri üçün çox vacibdir. Strateji cəbhədə Birləşmiş Ştatlar Əfqanıstan və Pakistan kimi ölkələrdə terrorla müharibəni təchiz etməlidir. Enerji və iqtisadi cəbhələrdə İpək Yolu ABŞ və Qərbi Avropa üçün vacib 3 layihəyə təsir göstərəcək. Azərbaycan bu layihələrin mərkəzində durur».

Səfir həmin layihələrin Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi və Bakı-Tbilisi-Qars dəmiryol xətti olduğunu, onların Qərb üçün əhəmiyyətini qeyd edir:

«Dünya siyasətçiləri üçün dərs ortadadır: yeni İpək Yolu bu mövcud infrastrukturu gücləndirməli, Azərbaycan Şərqlə Qərb arasında ticarət və multikultural marşrutun əsas qovşağı olaraq qalmalıdır».

«Nəhəng enerji resursları olan və yerli bazarı artan Azərbaycan artıq Şərqlə Qərbi birləşdirib. Azərbaycanla ABŞ-ın ticarət dövriyyəsi 2.3 milyard dollardır, səkkiz «Boeing» təyyarəsinin alınması sazişi bu dövriyyəni artırmaqdadır. Saziş Amerikada 11 mindən çox iş yerini dəstəkləyir».

«Qədim zamanlarda olduğu kimi, indi də İpək Yolu ideyalar və məhsullar mübadiləsi mərkəzi olacaq. Tarixən terrorçuluğu deyil, ticarəti, təriqət savaşını deyil, mədəni birgəyaşayışı irəli aparan Azərbaycan 21-ci əsrdə İpək Yolunu sülh və firavanlıq qüvvəsinə çevirə bilər», – Elin Süleymanov yazır.

Strateq.az