XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

09 İyun 2015 - 04:45

ABŞ-ın İŞİD-ə qarşı mübarizə strategiyası yoxdur – Barak Obamadan dəhşətli etiraf

Obama_Iraq.jpg

“ABŞ hələ ki, İŞİD-ə qarşı mübarizədə tamamlanmış strategiyaya malik deyil”. Bu barədə “Böyük 7-lik” ölkələrinin Almaniyada keçirilən sammiti çərçivəsində İraqın baş naziri Heydər Abadi ilə görüşündə ABŞ prezidenti Barak Obama bildirib.

Onun sözlərinə görə Vaşinqton İraq ordusunun silahlandırılması və hazırlığının gücləndirilməsi məqsədilə tədbirləri nəzərdən keçirir.

ABŞ prezidenti bir daha qeyd edib ki, ölkənin İŞİD-dən azad edilməsində iraqlılar özləri səy göstərməlidirlər.

Mətbuat konfransı zamanı B.Obama bildirib ki, “ABŞ daha çox sayda İraq əsgərlərininin hazırlığını təmin etmək istəyirik. Baş nazir Heydər Abadi də bunu istəyir”.

ABŞ prezidenti İraq sünnülərinin İŞİD-lə mübarizəyə cəlb edilməsinin vacibliyini vurğulayıb: “Biz bilirik ki, elə sünnü klanları var ki, onalr nəinki İŞİD-ə qarşı vuruşmaq istəyirlər, hətta onlar üzərində qələbə çalırlar. Amma bu bizim istədiyimiz kimi tez baş vermir”.

B.Obama bildirib ki, İŞİD aqqresiv və opportunist güc olaraq qalır, amma onu İraqdan qovmaq mümükndür. ABŞ prezidentinin sözlərinə görə, baş nazir Abadinin bütün beynəlxaq icmanın dəstəyinə ehtiyacı var və koalisiya ölkələri İraq orudusunun güclənməsində dəstək verməyə hazırdırlar.

Strateq.az