XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

09 İyun 2015 - 05:05

Internetdə narkotika alveri rekord vurur – [color-red] Hesabat

survey_300.jpg

2014-cü ildə internet resursları ilə narkotik vasitələrin alış-verişi əvvəlki illərə nisbətən daha çox olub. Artım tempinə hətta fəaliyyəti 2013-cü ildə dayandırılan “Silk Road” qeyri-qanuni mal və xidmətlər internet mağazasının bağlanması da təsir göstərməyib. Bu barədə “Global Drug Survey” müstəqil təşkilatının illik “Global Drug Survey 2015” analitik hesabatında deyilir.

Bununla yanaşı, 102 min respondentin iştirak etdiyi hesabat müəllifləri qeyd edirlər ki, resursun bağlanması kiçik internet mağazalarından istifadə edənlərin sayının artmasına səbəb olmayıb. Belə ki, rəyi soruşulanların 11 mini bildirib ki, 2014-cü il ərzində özəl şəbəkədə (darknet) yerləşdirilən adi internet saytları və portalları ilə ən azı bircə dəfə qadağan olunmuş maddələr alıb. Bu, əvvəlki dövrlərin hamısından xeyli çoxdur.

Aparılan digər tədqiqatlar göstərir ki, təkcə qanunsuz internet mağazalarından istifadə edənlərin sayı deyil, həm də onların çeşidi artır. Bu isə həm də pul dövriyyəsinin artması deməkdir. Belə ki, BMT-nin ötənilki hesabatına görə, “Silk Road” bağlanandan 10 ay sonra özəl şəbəkədə satılan narkotiklərin siyahısı iki dəfə çoxalıb.

Xatırladaq ki, “Silk Road” təsisçisi Ross Ulbriht ömürlük həbs cəzasına məhkum ediləndən sonra ABŞ Federal Təhqiqatlar Bürosunun nümayəndələri bəyan edib ki, resurs istifadəçilərinin sayı 100 min nəfərdən çox olub. Hüquq-mühafizə orqanlarının məlumatına görə, bu, internet tarixində ən mürəkkəb və iri qanunsuz bazar olub, –“SecurityLab” yazır. (ictnews.az)

Strateq.az