XƏBƏR LENTİ

04 Avqust 2020

Digər Xəbərlər

09 İyun 2015 - 07:47

Nazirlə merin arasında anlaşılmazlıq: “Abutalıbovun fikri ilə tanış deyiləm”
Təhsil naziri Mikayıl Cabbarov 20 nömrəli məktəbin ərazisi ilə bağlı yaranmış qalmaqala aydınlıq gətirib.
Nazir açıqlamasında bu barədə anlaşılmazlıqlar olduğunu etiraf edib:

“Hacıbala Abutalıbov təhsillə bağlı olan adamdır. Mən onun fikri ilə tanış deyiləm. Yəqin ki, anlaşılmazlıq olub. Düşünürəm ki, bu işdə heç bir problem olmayacaq. 20 nömrəli məktəbin eskizi Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təsdiqlənib. 20 nömrəli məktəbin tikintisinin 2016-2017-ci ildə başa çatdırılması planlaşdırılır”.

Qeyd edək ki, H. Abutalıbovun 20 nömrəli məktəbin ərazisində park salınması ilə bağlı ideya verdiyi deyilib.

Qeyd eədk ki, adıçəkilən məktəbdə ötən il sökülüb. Məktəbin şagirdləri isə iki təhsil müəssisəsinə yerləşdirilib.