XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

10 İyun 2015 - 06:35

Maşın atı vurdu, at sahibi məhkəməlik oldu – Azərbaycanda ilginc olay

Siqorta-Sirketi.jpg

Cəlilabad rayonu Qaracənzir kənd sakini Məlik Xəlilov tərəfindən Strateq.az-a maraqlı məktub daxil olub.

Şikayətçi yazır ki, Beynəlxalq Sığorta Şirkəti onu məhkəməyə verərək pul tələb edir:

Hal-hazırda işim Cəlilabad rayon Məhkəməsindədir. Məsələ burasındadır ki, 17 may 2015-ci il tarixdə Bakı-Astara yolunda mənim və həmkəndlim Əzizağanın atını “Hunday Sonata” markalı, 90-CF-081 nömrəli avtomobil vurub. Nəticədə onun atı ölmüş, mənim atımın isə qıçı sınıb. İndi bu “Beynəlxalq Sığorta Şirkəti” adlanan təşkilat vətəndaşa sığorta pulunu özü ödəməli olduğu halda, həmin pulu mənim boynuma yükləyir. Sizə yazmağımda məqsədim odur ki, onların “qruzladığı” adam təkcə mən deyiləm, Azərbaycanda minlərlə adam bu şirkət tərəfindən mənim kimi tələyə salınıb…”.

Şikayətçi həddən artıq kasıb dolandığını da yazaraq, sığorta şirkəti haqda uzun-uzadı tənqidlər və cəmiyyətdə dolaşan şayiələr əsasında müxtəlif fikirlər irəli sürüb.

Sonda isə aidiyyatı qurumlardan bu olaya müdaxilə edərək, müvafiq tədbir görmələrini xahiş edib.

Strateq.az